Mak-Robertson Torpağı () — Antarktida ərazisi olaraq 60° və 73° şərq uzunluqları arasında qərarlaşır. Şimaldan sahillərini Birlik dənizinin suları yuyur.
Mərkəzi hissələrdə buzlağın qalınlığı 2000 metr təşkil edir. Sahil hissədə buzdan azad olmuş çoxlu ərazilər vardır. Cənubunda Şahzadə Çarlz dağları yerləşir.
Mak-Robertson Torpağı 1930-cu ildə Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının rəhbəri olan Duqlas Mouson tərəfindən kəşf edilmiş və ekspedisiyanı maliyyələmdirən sahibkarlardan birinin şərəfinə adlandırılmışdır.
Əraziyə Avstraliya iddia edir. Ancaq 1961-ci ildə imzalanan Antarktida haqqında konvensiyaya görə əraziyə iddialar dondurulmuşdur.
1954-cü ildən bölgədə Avstraliyaya məxsus olan Mouson Antarktika stansiyası fəaliyyət göstərir.
İstinadlar
Mənbə Mak-Robertson Torpağı
Kateqoriya:Mak-Robertson Torpağı