Valeriya Qudim () — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.

Karyerası Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu.

Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Ukraynanın olimpiya gimnastları