Vera Leonidovna Biryukova () — Rusiyanı təmsil edən bədii gimnast. Vera Biryukova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb.
Karyerası Vera Biryukova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
İstinadlar
Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:2019 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2019 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:Olimpiya medallı gimnastlar