Loqan () — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2017-ci ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastika və döyüş filmi. Film "İks-adamlar" seriyasının 10-cu, Şimal porsuğu haqqında isə 3-cü. Rejissoru isə Ceyms Mengold. Filmin çəkilişləri 2016-cı ilin aprelində başlanılıb. "Loqan" filminin premyerası 2017-ci ilin 17 fevralında Almaniyanın Berlin şəhərində baş tutub. 2 mart 2017-ci ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.

90-cı Oskar mükafatı nominasiya mərasimində film Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında mükafata namizəd göstərilmişdir.

Məzmun

2029-cu ildə mutanlar 25 ildən artıqdı ki doğulmurlar. Loqan yaşı keçdikcə reqenerasiyası günü-gündən zəifləyir, və o axırıncı günlərini Texasın El Paso şəhərində limuzin sürücüsü olaraq pul qazanır. O, axırıncı qalmış mutantlar — Professor Çarlz Ksavye və Kaliban ilə birlikdə Meksika-ABŞ sərhədinin yaxınlıqında yaşayırlar, bir halda ki Çarlz Alhzheymer xəstəliyinə görə, onun telepatik hücumları insanlara təhlükəlidi. Amma bir gün, Loqan Transigen korporasiyasının işçisi Qabriela Lopez tapır, və ondan xahiş edir ki 11 yaşlı Loranı Şimali Dakotada yerləşən "Edenə" aparmasını xahiş edir. İstəmədən də olsa işi qəbul edən Loqan, ertəsi gün Qabrielanı ölü tapır. Daha sonra Loqan, Çarlz və Lora,Transigenin qatilərindən qaçırlar. Qatillərin başçısı olan Donald Pirs, mutantları his etmək qabiliyəttinə malik olan Kalibanı zorla məcbur edir ki, mutantları tapmaqa ona kömək eləsin. Qabrielanın telefonundan məlum olur ki, Transiqen mutantların DNT-dən, yeni mutantları yetiştirib. Amma uşaqları idarə etmək çətin olduğuna görə, doktor Zander Rays, qərara gəlir ki, onları öldürərək yeni X-24 yaradacaq. Qabriela və başqa tibb işçiləriylə birlikdə qaçmaqa qərar verir. Oklahoma Sitini otelərin birində istirahət ederkən, onları qatillər yenə tapır, amma Çarlzın telepatik hücümları onları iflic edir. Buna öyrəşən Loqan, qatillər öldürür. Daha sonra üçlü, fermer Vill Mensonla tanış olur, və o onları evinə dəvət edir. Axşam Loqan, Vill ilə birlikdə su borusunu düzəltməyə qedirlər. Onlar evdə olmadığı vaxt Çarlzın xatırlayır ki, ona görə Vetçesterdə bir neçə min insan ölmüşdü. Ancaq o bu sözləri Loqana yox, onun oxşarı X-24 danışır. X-24 əvvəlcə bütün Menson ailəsini, daha sonra isə Çarlzı oldürüb, Loranı götürür. Bunu görən Loqan, X-24 ilə döyüşməyə başlayır. Loqandan daha çevik olan X-24 onu öldürməyə yaxın olur, amma Vill Menson onu öz maşınıyla dayandırır. Loqan, Çarlzı dəfn etdikdən yollarına davam edirlər. Onlar başqa mutantların yanına çatırlar. Ertəsi gün Lora başqa mutantlar ilə birlikdə Edenə yola düşür, amma Loqan görür ki, onların dalınca qatillər düşüb. Loqan uşaqlara kömək edərək onların qaçmasına şərait yaradır. Amma Loqan doktor Zander Rays ilə üz-üzə gəlir. Zander Loqan başa salır ki, məhz bir neçə il ərzində mutantların yox olmasına şərait yaradıb, və məlum olur o Loqanın bədəninə adamantium yeritmiş adamın oğludu. Loqan onu tapança ilə öldürür, amma Donald Pirs X-24 Loqanla döyüşə buraxır. X-24 Loqanı düşmüş ağaca sancaraq öldürücü yaralayır. Daha sonra, Lora adamantium qülləsi ilə X-24 öldürür. Olərkən Loqan, Loraya deyir ki, onun silah olmamasını deyir.

Rollarda Hyu Cekman — Şimal porsuğu/Loqan/X-24 Patrik Stüart — Professor İks Dafna Kin — Lora Kinni/X-23 Riçard Qrant — Zander Rays Boyd Holbruk — Donald Pirs Stiven Merçant — Kaliban

Qiymətləndirmə Gəlir "Loqan" filmi ABŞ və Kanadada 226,2 milyon $, digər ölkələrdə 391.2 $ gəlir əldə etmişdir. Nəticədə 97 milyon $ büdcə ilə, 617,4 milyon $ gəlir əldə etmişdir.

Tənqidçilərin mövqeyi Rotten Tomatoes saytı 294 rəy əsasında 93%, yəni 7.9 reytinq verib. Sayt tənqidçilərinin ortaq rəyində isə deyilir: Hyu Cekman öz Şimal porsuğu rolunda axırıncı çıxışında — şiddətli, çaşdırıcı, düşünülmüş bir döyüş janrında super qəhrəman filmidi. Metacritic isə 51 rəy əsasında filmə orta normal səviyyədə 77 bal verib.

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:Neo-Vestern filmləri Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Neonuar Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:ABŞ haqqında filmlər Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Film spin-offları Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Superqəhrəman dram filmləri Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:Yol filmləri Kateqoriya:Qocalıq ilə əlaqədar filmlər Kateqoriya:İspanca filmlər