Ross ərazisi'' 125px|Yeni Zelandiya bayrağıYeni Zelandiya bayrağı 290px|Asılı Ross ərazisi Əsas bazası SkottMak-Merdo Statusu Asılı əraziYeni Zelandiya Yaradılma tarixi 1923 Bölgə 160° q.u. — 150° q.u. Ərazisi 450 000 km² Əhali 159–1370 nəf. Saat qurşağı UTC +12/+13 İnternet-domen .nz, .aq Telefon kodu +64–2409

Ross ərazisihttp://www.legislation.govt.nz/regulation/imperial/1923/0974/latest/DLM1195.html Order in Council Under the British Settlements Act, 1887 (50 & 51 Vict c 54), Providing for the Government of the Ross Dependency. () — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır.

Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir.

Elmi stansiya Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir. Yay ayları yüklər dəniz yolu ilə daşınır.

İtaliyaya məxsus olan Sukkelli stansiyası Terra-Nova körfəzinin qərbində yerləşir. Yay ayları fəaliyyətdə olur. Vanda stansiyası 1969–1995-ci illər ərzində fəaliyyət göstərmişdir. 1987–1992-ci illər ərzində isə Qrinpis təşkilatının Ross adasında stansiyası fəaliyyətdə olmuşdur. Maliyyə çatışmanazlığı səbəbindən bağlanmışdır.

Hüquqi statusu 1841-ci ildə Ceyms Ross bölgəni kəşf etmiş və buranı Viktoriya Torpağı olaraq adlandırılmışdır. Bölgə Böyük Britaniyanın ərazisi elan edilmişdir. 1923-cü ildən bölgə Zeni Zelandiyaya dövr edilmişdir. Yeni Zelandiyanın general-qubernatoru həm də Ross ərazisinin rəhbəri statusu alırdı. 1959-cu ildə Antarktida haqqında konvensiyasını Zeni Zelandiya belə imzalanmışdır. Bununla da ərazi iddiaları dondurulmuşdur. Bu gündə belə Yeni Zelandiya bölgəyə nəzarəti həyata keçirir. Ancaq bu digər dövlətlərin hüquqlarını taptalamadan həyata keçirilir. Bölgənin böyük bir ərazini əhatə etməsinə baxmayaraq böyük qism ərzini şelf buzlağı təşkil edir.

Bayraq Hazırda regionun rəsmi bayrağı olaraq Yeni Zelandiyanın bayrağı olaraq götürülmüşdür. Digər rəsmi bayraq olaraq Yeni Zelandiyanın poçt, həm də Skott bazasının bayrağı göstərilir. Ceyms Diqnan bölgənin ərazisini əks etdirən bayraq tərtib edilmişdir.

İstinadlar

Mənbə Ross ərazisinin idarəsi Yeni Zelandiya Antarktidası Skott bazasının 50 illiyi Ross ərazisinin poçt markası Ərazinin xəritəsi, mərkəzi hissə

Kateqoriya:Yeni Zelandiya coğrafiyası Kateqoriya:Asılı olan ərazilər Kateqoriya:Antarktikada mübahisəli ərazilər Kateqoriya:1923-cü ildə yaranmış dövlətlər və ərazilər