Qızılağac dövlət təbiət qoruğu — 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.
Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır.50 növdən çox balıq növlərinə rast gəlinir.Məzahir Təhməzov.Ensiklopedik məlumatlar.Toponimlər fotoşəkillər xəritələr. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.
Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzinin şimal hissəsinin su sahəsini və sahilyanı ərazini əhatə edir. Qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi (yoxsa isti iqlim) müşahidə olunur. Qoruğun quruluq sahəsində bozyer–çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu (şoran) torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülmüşdür. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır.
Fauna Respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə olunur. Qızılağac dövlət təbiət qoruğunda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qızılağac dövlət təbiət qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər.
Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
30px|Nərə 30px|Siyənək 40px|Ağ balıq 30px|Kütüm 30px|Qartal 30px|Qızılqaz 30px|Cüllüt
30px|Durna 30px|Qaşqaldaq 30px|Qutan 30px|Çəhrayı qutan 30px|Turac 30px|Fısıldayan ququşu 30px|Qırmızıdöş qaz
30px|Qara leylək 30px|Tülkü 30px|Ceyran 30px|Canavar 30px|Suiti 30px|Çöl donuzu 30px|Dovdaq
Poçt markası üzərində thumb|left|200px|Misir vağı Qızılağac dövlət təbiət qoruğuna həsr olunmuş SSRİ poçt markası üzərində
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası. Bakı: Azərbaycan nəş., 2007, ISBN 978 9952 441 01 7 QORUQLAR QORUQLAR (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası)
Xarici keçidlər Am größten Binnensee der Erde - Erlebnis Kaspisches Meer (PDF; 282 kB) An die Wiege der europäischen Laubwälder-Vegetation: in die hyrkanischen Wälder Aserbaidschans (PDF; 541 kB) Mühafizə olunan ərazilərin statusu, yerləşməsi və əhatə edilməsi Qoruqlar haqqında ümumi məlumat
Həmçinin bax Azərbaycan dövlət təbiət qoruqları
Kateqoriya:Azərbaycan qoruqları Kateqoriya:1929-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Azərbaycanda Ramsar yerləri Kateqoriya:Azərbaycan bataqlıqları