Qurban Musayev Məmməd oğlu — şair, yazıçı, pedaqoq.

Həyatı Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.

1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir. 1951-ci ildə Laçının Minkənd kəndinə müəllimlik təyinatını almışdır. 1960-70 ci illərdə Qazax rayonunda Sarıvəlli kənd orta məktəbinin direktoru olmuşdur.

1997-ci ilin payızında vəfat edib. İkinci Şıxlı kənd qəbirsanlığında dəfn olunmuşdur.

Yaradıcılığı Dövrü mətbuatda hələ tələbəlik illərindən çap olunmağa başlamışdır. Əsasən xalq şeri üslubunda yazan şairin əsərləri forma və məzmun , mövzuca zəngin və rəngarəngdir.

Kitabları Mən Qoca Palıdam / Q. Musayev; Bakı 1991 Mən Ocaq Yeriyəm / Q. Musayev; Bakı 1993 Mən Belə Qurbanam / Q. Musayev; Bakı: 1997 Torpağımın, millәtimin qurbanıyam / Q. Musayev; Bakı: Çinar­çap, 2003. 354 s Balasıyam bu torpağın / Q. Musayev; Bakı: Oğuz Eli, 2010. 392 s

İstinadlar

Həmçinin bax Haqqın Qurbanı (kitab)

Xarici keçidlər Müəllif: "Musayev, Qurban"

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan pedaqoqları