Ramiz Mehman oğlu Məmmədov (; ) — müdafiəçi mövqeyində çıxış etmiş sovet və Rusiya futbolçusu.

Karyera

Klub Spartak Moskvanın yetirməsi, onun heyətində 1992-1998-ci illərdə çıxış edirdi və beş dəfə ölkə çempionatının qalibi olmuşdur. 1998-1999-cu illərdə Arsenal Tula və Krılya Sovetov komandaların şərəfini qoruyurdu, sonra isə Dinamo Kiyev komandasına transfer olunaraq, burada ölkə çempionluğunu qazanmışdır. 2000/01 mövsümündə Avstriyanın Şturm Qrats klubunda çıxış edirdi. 2002-ci ildə Volqar klubu ilə müqavilə bağladı. Daha sonra Rusiyaya qayıtdı və 2003-cü ildə çıxış etdiyi Luç-Energiya klubunda İkinci divizionunun "Vostok" zonasının birinciliyində kiçik qızıl medal qazanmışdır, ondan sonra karyerasını bitirmək qərarını aldı.

Rusiya Premyer Liqasında 139 oyunda 7 qol vurmuşdu.

Milli 1994-1998 illərdə Rusiya millisində 10 oyun keçirtmişdir, ilk oyununu 17 avqust 1994-cü ildə Avstriya milli futbol komandasına qarşı olmuşdur.

Yığmada oynayan ilk Birinci divizion oyunçusu kimi tarixə düşmüşdü, belə ki, 18 noyabr 1998-ci ildə Arenal Tula komandasının oyunçusu olaraq Braziliya millisinə qarşı oyunda iştirak etmişdir

Şəxsi həyatı Ramiz Məmmədov 21 avqust 1972-ci ildə Moskvada anadan olub. Atası — Mehman Məmmədov, milliyətcə azərbaycanlıdır, əslən Gürcüstanın Yuxarı Qarabulaq kəndindəndir. Anası milliyətcə rusdur.

Nailiyyətləri

Klub Rusiya çempionatının qalibi (5): 1992, 1993, 1994, 1996, 1997 Rusiya çempionatının bürünc medalçısı: 1995 Rusiya kubokunun qalibi: 1995/96 Ukrayna çempionatının qalibi: 1999/00 İkinci divizionun "Vostok" zonasının birinciliyinin qalibi

Şəxsi Rusiya Futbol Federasiyasının tərtib etdiyi "Rusiya Çempionatının ən yaxşı 33 oyunçusu" siyahısına salınmışdır (4): № 1 (1994, 1996), № 2 (1993, 1995)

İstinadlar

Xarici keçidlər Ramiz Məmmədov Rfs.ru saytında

Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Arsenal Tula FK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Volqar Həştərxan FK futbolçuları Kateqoriya:Luç Vladivostok FK futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Ukraynda legioner Rusiya idmançıları