thumb|right|240px|Qətər milli futbol komandası 2011-ci ildə. Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir.

Tarixi

Giriş və məlumatlandırma Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi.

Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır.

Tamaşaçıların münasibəti

QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir.. Qətər hökumətinin nazirlik və idarələri tərəfindən keçirilmiş 2014-cü ildəki sorğuda 1,079 respondentin 65 faizi bildirib ki, onlar əvvəlki liqa mövsümündə futbol oyunlarında ümumiyyətlə iştirak etməyiblər. Tamaşaçılar üçün yararsız atmosfer, pullu azarkeş mövcud olmaması, qadınların futbol görüşlərinə gələ bilməməsi əsas amillər hesab olunur. Ən yüksək maneə kimi onların futbol matçında iştirak etmək qərarına təsir etmiş əsas səbəb iqlimdir. yetmiş üç faiz respondent bu qərarla razılaşmışdır.

İctimai rəyi dəyərləndirmək və futbol kimi diqqət mərkəzində olan idman növlərini inkişaf etdirmək üçün yerli iştirakı artırmaq lazımdır. Təşəbbüskar kimi Satış və İrs Ali Komitəsi (QKDK) 2015-ci ilin aprel ayında Ceeran adlı proqrama start verib. Proqramda qadınlar tərəfindən genişmiqyaslı ictimaiyyət iştirakının təşviq edilməsi, xüsusilə də məclisdə insanların fikir və məsləhətləri baxılması öz əksini tapmışdır. Qətərdə futbolun inkişafına səbəb olacaq amillərdən biri də 2022-ci ildə futbol üzrə Dünya Çempionatının bu ölkədə keçirilməsi olacaqdır.

Ən tanınmış klubları

Ən məşhur komandaları KomandaÜmumi Kuboklarının sayıQətər Ulduzlar Liqasında çempionluqƏmir Kubokunda çempionluqŞahzadə Tacı Kubokunda çempionluqŞeyx Cassem Kubokunda çempionluqQətər Ulduzlar Kubokunda çempionıuqƏl Sədd FK4212 (1971, 1974, 1977, 1980, 1981, 1987, 1988, 1989, 2000, 2004, 2006, 2007)13 (1975, 1977, 1982, 1985, 1986, 1988, 1991, 1994, 2000, 2001, 2003, 2005, 2007)5 (1998, 2003, 2006, 2007, 2008)11 (1977, 1978, 1979, 1981, 1985, 1986, 1988, 1990, 1997, 1999, 2006)1 (2010)Əl Arabi FK227 (1983, 1985, 1991, 1993, 1994, 1996, 1997)8 (1978, 1979, 1980, 1983, 1984, 1989, 1990, 1993)1 (1997)6 (1980, 1982, 1994, 2008, 2010, 2011)Əl-Qarafa FK187 (1993, 1999, 2003, 2005, 2008, 2009, 2010)6 (1995, 1996, 1997, 1998, 2002, 2009)2 (2000, 2010)2 (2005, 2007)1 (2009)Qətər SK178 (1967, 1968, 1969, 1970, 1971 1973, 1977, 2003)2 (1974, 1976)3 (2002, 2004, 2009)4 (1983, 1984, 1987, 1995)ƏL-Rayyan FK167 (1976, 1978, 1982, 1984, 1986, 1990, 1995)4 (1999, 2004, 2006, 2010)3 (1995, 1996, 2001)2 (1992, 2000)Əl-Vakrah FK82 (1999, 2001)1 (1999)4 (1989, 1991, 1998, 2004)1 (2012)Əl-Əhli (Doha)44 (1973, 1981, 1987, 1992)Əl-Maref FK33 (1964, 1965, 1966)Əl-Xor FK21 (2005)1 (2003)Umm-Salal FK21 (2008)1 (2009)Əl-Şamal FK11 (1996)

İstinadlar

Kateqoriya:Qətərdə futbol