Risako Kavay (d. 21 noyabr 1994) — Yaponiyanı təmsil edən qadın güləşçi. Risako Kavay 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etmiş və yarışların qızıl medalını qazanmışdır. Kavay həm də 2015-ci ildə Las-Veqas şəhərində Dünya Çempionatının gümüş medalını qazandı.
Karyerası Risako Kavay birinci ciddi uğurunu 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində qazandı. Kavay Dünya Çempionatının yalnızca finalında Monqolustan güləşçisi Soronzonboldin Battsetseqa uduzdu və gümüş medal qazandı.
Risako Kavay bir il sonra isə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında ciddi nailiyyətə imza atdı. Kavay birinci görüşdə Polşa güləşçisi Monika Mixaliki 5:0, ikinci görüşdə Latviyalı Anastasiya Qriqoryevanı 8:2, üçüncü görüşdə isə Rusiya nümayəndəsi İnna Trajukovanı 10:0 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Risako Kavay Belarus güləşçisi Mariya Mamaşuku 6:0 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Həmçinin bax Yaponiya 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Yaponiya idmançıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:"Bənövşəyi lent" medalı ilə təltif edilənlər Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:2018 Asiya Oyunları medalçıları