Yukiko İnui (d. 4 dekabr 1990, Omihaçiman, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Yukiko İnui 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etmiş və yarışların iki bürünc medalını qazanmışdır. İnui həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb.

Karyerası Yukiko İnui 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Yukiko İnui komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Yukiko İnui həmin Olimpiya Oyunlarında həm də duet yarışlarda çıxış etdi. Yukiko İnui Risako Mitsui ilə birgə yarışların finalında 188.0547 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Həmçinin bax Yaponiya 2016 Yay Olimpiya Oyunlarında

İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Yaponiya idmançıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları Kateqoriya:2014 Asiya Oyunları medalçıları Kateqoriya:2018 Asiya Oyunları medalçıları