Tobias Asser (; ) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir.
Həyatı Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur.
Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını () təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur."In Memoriam: T. M. C. Asser". American Journal of International Law (American Society of International Law) 8 (2): 343–44.
1899 və 1907-ci illərdə keçirilən hər iki Haaqa Sülh Konfransında da Niderlandın nümayəndəsi olaraq təmsil olunmuşdur. İlk konfransdakı Daimi Hakimlik Məhkəməsinin qurulmasındakı xidmətlərinə görə 1911-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. 1902-ci ildə ABŞ və Meksika hökumətləri arasındakı anlaşılmazlıqlarla bağlı keçirilən məhkəmədə iştirak etdi. Eyni zamanda Haaqa Beynəlxalq Hüquq Akademiyasının qurulmasında xidmətləri oldu. Buna baxmayaraq, sağlığında bu akademiyanın qurulmasını görə bilmədi.
Ölümündən sonra Beynəlxalq fərdi və ictimai hüququ, Avropa hüququ və Beynəlxalq Ticarət Anlaşılmazlıqları haqqında tədqiqatlar aparan və Tobias Asserin xatirəsinə Tobias Maykl Asser İnstitutu olaraq adlandırılan tədqiqat institutu quruldu. Bu institut hələ də Haaqada fəaliyyət göstərir.
Həmçinin bax Alfred German Frid Nobel sülh mükafatı
Xarici keçidlər Tobias Michael Carel Asser, biography in the Jewish Encyclopedia Tobias Asser, biography at NobelPrize.org
İstinadlar
Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Niderland siyasi xadimləri Kateqoriya:Hollandlar Kateqoriya:Niderland diplomatları