Şri-Lanka adası () — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir.

Adanın sahəsi 65 610 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 2524 metr olan Pidurutalaqala dağıdır.

Qərbdən Hindustan yarımadasından Polk boğazı, Polk və Manar körfəzləri ilə ayrılır. Ada vaxtı ilə mövcud olmuş Adəm körpüsü adlı bərzəx mövcud olmuşdur. 1481-ci ildə güclü zəlzələ zamanı bərzəx tamamən dağılmışdır. Ada şimal və şərq sahillərini Benqal körfəzinin suları ilə yuyulur.

Ada 1972-ci ilə qədər rəsmi olaraq Seylon ( «Sinxala dvipa», Sinhal adası) adlandırılırdı.

Çayları thumb|left Adanın ən uzun çayı Maxaveli-Qanqadır. Çay adanın daxili ilə şimal-şərqə axaraq Benqal körfəzinə tökülür. Digər iri çayları: Kelani, Kalu, Arivu-Aru.

Körfəzləri Adanın ərazisində yerləşən körfəzlərin böyük qismi adanın şimal-şərq və şərq sahillərində yerləşir. Hansıkı ən irisi Cafna laqunudur. Laqun Cafna yarımadası ilə Benqal körfəzindən ayrılır. Putttalamdan Pottuvil şəhərinə qədər olan körfəzlər: Puttalam laqunu, Duti körfəzi, Portuqal körfəzi, Polk bişuxtası, Cafna laqunu, Kokkilay, Koddiayar, Periya-Kalapua, Karay-Kalapu, Tandiadi-Kalapu, Komari-Kalapu.

Yarımada və adaları Adanın ən iri yarımadası şimalda yerləşən Cafna yarımadasıdır

Şri-Lanka afasının sahillərində çoxlu sayda kiçik adalar vardır: Analaytivu, Karaytivu, Velanay, Eluvaytivu, Mandaytivu, Paletivu, Erumaytivu, Kakkativu, Manar, Pulyantivu, Kalliaditivu.

Əhalisi right|thumb|200px|Adanın 1981-ci ilə olan etnik xəritəsi Adanın əhalisi 20 277 597 nəfər təşkil edir. (2012).

Sinhallar ada əhalisinin 74,88 %, tamillər — 11,2 % təşkil edir. Tamillər əsasən adanın şimal və şərq rayionlarında yayılmışdır. Mavrlar isə cəmi 9,2 %, avropalılarla yerlilərin qarışığından olan byuqerlər 0,3 %, veddlər isə 0,3% olmaqla 1 000 nəfər sakinə malikdirlər 70,19 % əhali buddistdir, 12,61 % — induizm (tamillər), 9,71 % — islam, 7,45 — xristian dininə etiqad edir.

82 % xristian katolik, yerdə qalanı Anqlikan kilsəsi və protestant məzhəbindədirlər.

İstinadlar

Kateqoriya:Şri-Lanka adaları Kateqoriya:Hind okeanının adaları