Ərdəhan300px|Ümumi məlumatlarAdı: ƏrdəhanSahibi:border|22px Çar Rusiyası Azərbaycan Xalq Cümhuriyyəti SSRİ Gəmini hazırlayan tərsanə:Novoe Admiralteystvo tərsanəsiİnşa edildiyi yer:Sankt-Peterburq, Çar RusiyasıHazırlanmağa başlanması:dekabr 1908Dənizə salınması:12 sentyabr 1909İlk səfəri:iyul 1910Vəziyyəti:18 noyabr 1959-cu ildə Əmlak Departament Fonduna demontaj üçün təhvil verilibXüsusiyyətləriSinifi və Tipi:Kanoner qayığıQeydiyyat portu:BakıUzunluğu:61.75 metrSürəti: 14.5 KnotHəcmi:8/120 nəfər
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı.
Tikintisi
Xidməti thumb|left|Azərbaycan Tarixi Muzeyində "Ərdəhan"ın maketi
1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin".. Военные моряки в борьбе за власть Советов в Азербайджане и Прикаспии. 1918 - 1920 г. //Сборник документов. Баку: Элм, 1971 "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. "Dialoq" (Moskva). 1993. №2 (jurnal) Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər.Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəzərdə hərbi dənizçilik əməliyyatları. “Hərbi bilik”. - 2009. - №2. S. 78-90.
İstinadlar
Xarici keçidlər П. Веселов. «Карс» и «Ардаган» Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии. Геополитическая победа России на Кавказе: из истории создания Каспийской военной флотилии в середине XIX — начале XX века Канонерская лодка «Ардаган»
Kateqoriya:Azərbaycanın kanoner qayığları