Zümrüd Qurbanhacıyeva (20 noyabr 1975; Xəzər, Rusiya SFSR) — 1998–2001-ci illərdə Rusiyanı, 2004–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Karyerası Zümrüd Qurbanhacıyeva 1988, 1999 və 2001-ci illərdə Rusiya Çempionatının qalibi olub.

Beynəlxalq turnirlərdə isə 1998-ci ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatını dördüncü pillənin sahibi olan Zümrüd Qurbanhacıyeva, 1999-cu ildə Poznan şəhərində (Polşa) baş tutan Dünya Çempionatını 5-ci, 2000-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 6-cı, 2001-ci ildə isə növbəti dəfə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurub.

2004-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zümrüd Qurbanhacıyevanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Zümrüd Qurbanhacıyeva həmin dəvəti qəbul etdi və 2004-cü ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.

2004-cü ildə Zümrüd Qurbanhacıyeva əvvəl Tunisdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin, sonra isə İspaniyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 4-cü pillənin sahibi oldu və nəticələrə əsasən Afina Olimpiadasını lisenziya qazana bilmədi.

Daha sonra Zümrüd Qurbanhacıyeva 2007-ci ildə Azərbaycanda baş tutan Dünya Çempionatını 24-cü pillədə, 2008-ci ildə Finlandiyada baş tutan Avropa Çempionatını isə 7-ci pillədə başa vurdu. Həmçinin Zümrüd Qurbanhacıyeva 2008-ci ilin mayında İsveçdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirini yeddinci pillədə başa vurdu və nəticədə olimpiya lisenziyasına sahib ola bilmədi.

2009-cu ilin aprelində isə Zümrüd Qurbanhacıyeva Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Mariya Selmayera 2:0, 1/4 final mərhələsində İspaniya nümayəndəsi Aurora Fajardo Prietoya 2:1, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Ralitza İvanovaya 2:0 hesabı ilə qalib gələn Zümrüd Qurbanhacıyeva Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Katerina Burmistrova oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Zümrüd Qurbanhacıyeva rəqibinə 1:2 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.

Daha sonra iyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Zümrüd Qurbanhacıyeva, sentyabrda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.

2010-cu ildə isə Austrian Ladies Open beynəlxalq turnirinin qalibi olan Zümrüd Qurbanhacıyeva, Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci, Dünya Çempionatını isə 18-ci pillədə başa vurdu.

Daha sonra Zümrüd Qurbanhacıyeva 2011-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Bir il sonra Yaşar Doğu beynəlxalq turnirini dördüncü, Hindistan Qran-Prisini isə beşinci pillədə başa vuran Zümrüd Qurbanhacıyeva 2012-ci ilin mayında idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya11998Avropa Çempionatı Slovakiya4.2Dünya Çempionatı Polşa5.32000Dünya Çempionatı Bolqarıstan6.42001Dünya Çempionatı Bolqarıstan8. Azərbaycan52004Dünya Olimpiya Təsnifat Turniri Tunis11.6Dünya Olimpiya Təsnifat Turniri İspaniya4.72007Dünya Çempionatı Azərbaycan24.82008Avropa Çempionatı Finlandiya7.9Dünya Olimpiya Təsnifat Turniri İsveç7.10Qızıl Qran-Pri Azərbaycan4.112009Avropa Çempionatı Litva2.12Qızıl Qran-Pri Azərbaycan1.13Dünya Çempionatı Danimarka8.142010Austrian Ladies Open Avstriya1.15Qızıl Qran-Pri Azərbaycan5.16Dünya Çempionatı Rusiya18.172011Qızıl Qran-Pri Azərbaycan3.182012Yaşar Doğu beynəlxalq turniri Türkiyə4.19Hindistan Qran-Prisi Hindistan5.

İstinadlar

Kateqoriya:Rusiyanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları