Ronqsanlem (), həmçinin Kox Ronq Sanloem — Kamboca ərazisində yerləşən sahəsinə görə üçüncü ən böyük adadır. Ada Siam körfəzində SianukvilGoogle Maps şəhərində 26 km aralıda yerləşir. Samloem sözü () tərcümədə çətin görünən mənasını verir.

Ronqsanlemdən bir qədər aralıda Kon adası yerləşir. 4 kilometrlik boğazın şimalında Ronq və Kox Tut adaları yerləşir. Şimal-şərqində isə iki əkiz adalar Kox Bonq Pun yerləşir. Bu beş ada Kamponqsaom vilayətinin Mittakfip dairəsində kammuna təşkil edir.

Qonşu Ronq adası ilə birlikdə yüksək gəlir gətirən turistik bölgəyə çevrilmişdir

Coğrafiyası Ronqsanlem adası özünün şimal qardaşında demək olar ki, heç nə nə ilə fərqlənmir. Adanın sahəsi 24,5 km² təşkil edir. Ada əsasən təpəliklərdən ibarətdir. Ada bütünlüklə sıx cəngəlliklərlə örtülüdür. Sahil xətti əsasən bir-birində daşlıqlarla aralanan çimərliklərlə örtülüdür. Qərb sahilində üç iri çimərlik vardır. Şərq hisdəsi mussunların təsirinə az məruz qalır. Burada çoxlu sayda körfəz və burunlar vardır. Adanın ən görməli yeri Sarasin buxtasıdır (). Buxta aypara quruluşuna malikdir. Diametri 3 km təşkil edir. Buxta Sarasin gəmisinin şərəfinə adlandırılmışdırNational Archive Directory For Navy.

Yaşayış məntəqələri və infrastruktur Adada 3 balıqçı kəndi vardır: () Мa-Phey-Bay — Otuz iki, () Pum Kanq Knanq — Daxili kənd və () Pum Kanq Krau — İç kənd. Adada hazırda 202 nəfər yaşayır. Fransız Hindçini dönəmində adada avtomobil şəbəkəsi qurulmuşdur. Ancaq hazırda bu yollar cəngəlliklə örtülmüşdür. Adanın cənubunda o dövrdən qalan mayak mövcuddur. Ronq adasında olduğu kimi buraya gediş-gəliş ancaq dəniz yolu ilə təmin olunur. Qonşu adadan fərqli olaraq burada Asiya camışına qoşulmuş arabalar istifadə edilir. Ada mərkəzi elektrik şəbəkəsinə qoşulmuşdur. Adada telefon fəaliyyət göstərir. Adada turistik otellərdən və kəndlərdən başqa Kamboca Kral donanmasına məxsus hərbi baza yerləşir.

Turizm Adada turizm 2014-cü ildən inkişaf etdirilir. Adada onlarla yeni müxtəlif kateqoriyalı otellər inşa edilmişdirKoh Rong Samloen Beach Bungalows. Adaya gələnlər əsasən Sarasin buxtasına görə buranı ziyarət edirlər. Sianukvilemdən adaya bərələr hərəkət edir.

Təbiəti Əsrarəngiz və keçilməz cəngəllikləri olan ada özünün zəngin endemik onurğasızları ilə seçilir. Adada suda-quruda yaşayanlar və sürünənlər baxımdan belə seçilir. Burada şirinsulu mənbələrin daxilində çoxlu sayda balıqlar yaşayır. Burada əntərlər və gəmiricilərin müxtəlif növlərinə rast gəlinir.

Mənbə Kox Ronq Samlen. Turistik informaasiya Kamboca adaları haqqında məlumat İstinadlar

Kateqoriya:Kamboca adaları Kateqoriya:Cənubi Çin dənizi adaları Kateqoriya:Siam körfəzi adaları