Ürkün () — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir.
Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb.Krugosvet Encyclopaedia. Article on Sturmer .
Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi:
Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb.“The Time of Ordeal”: a story of the 1916 revolt in Central Asia by Zifa Auezova (The Newsletter, No.74, Summer 2016)
Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular. Tyan-Şan dağlarda 3 kilometr uca olan dağ keçidlərində onlar minlərcə həlak oldular.
Tarixi qiymət verilməməsi Ürkün Sovet vaxtı dərsliklərində qeyd olunmamış, məsələ ilə bağlı monoqrafiyalar Sovet çap evlərindən götürülmüş. Sovet İttifaqı 1991-ci ildə dağılarkən, ürkünə marağ böyüməyə başladı. Sağ qalanların bəziləri olayları "qətliam" və ya "soyqırım" kimi adlandırmağa başladı.
Bəzi qırğız tarixçilərin fikirincə, bunda Rusiyaya qarşı bir şey yox, çünki Aleksandr Kerenski kimi rus liberal və bəzi tarixçiləri bu hadisələrə diqqət gətirənlərdən ilk idilər.
2016-cı ildə ürkünün 100 illiyi ilə əlaqədər film çəkdiyi prodüser Muxtar Atanliyev fikirinə görə, Qırğızıstan hakimiyyəti, bu filmi Moskvanı incidə biləcəyinə görə, onu kinoteatrlarda nümayiş etmək üçün təsdiq verməyə tərəddüd edirdilər:
Axırda icazə verilib və film ilk dəfə Bişkek Kino Evində 2016-cı ilin sentyabrın 16-da nümayiş olunub.
Həmin ilin aprelində Rusiyanın Dövlət Dumasının Sədri, Sergey Narışkin "soyqırım" intihamları inkar edib, "100 il əvvəl bütün xalqlar əcrini çəkirdi" dedi.
İstinadlar
Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Qırğızıstan tarixi Kateqoriya:Kəndli üsyanları Kateqoriya:1916-cı ildəki hadisələr Kateqoriya:XX əsrin üsyanları Kateqoriya:Antiimperializm Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Rusiya Birinci Dünya müharibəsində Kateqoriya:Rusiya Birinci Dünya müharibəsində Kateqoriya:SSRİ-də islam