Təbuk () — Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Təbuk bölgəsinin mərkəzi şəhəridir
Tarix Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Təbuk, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi.
Təbuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Təbuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir.
Osmanlı dövrü Təbuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Təbuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.Journal of Ottoman studies , Volumes 19–20, Enderun Kitabevi, 1999. Mehməd Ədip Əfəndi "Nəhcətül-Mənazil" adında kitabında o dövürdə Təbuk şəhərinin "Âsî Hurma" adlandırıldığını yazmışdır.Oriental explorations and studies, Sayı 1, s. 320.
İqlimi Təbuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27–46° C, qış aylarında isə 4–18° C arasında dəyişir. Bəzən qış aylarında tempratue 6° C-dən aşağı düşə bilir və don bağlayır. Təbuk bölgəsinə yağıntı əsasən qış aylarında düşür. Noyabrdan Marta qədər yağışın miqdarı, 50–150 mm arasında dəyişir və hər 3–4 ildə bir nadir hallarda şəhərə qar yağır.
İqtisadiyyat Təbuk enni küçələri, ağaçlar ilə çevrilmiş modern bir şəhərdir. Şəhər Həcc ziyarəti üsründə yerləşməsi ilə əlaqəli ticarət mərkəzi olmuşdur. Türkiyə, Suriya, İordaniya, Fələstin Dövləti və Livandan gələn zəvvarlar üçün bir dayanacaq yeridir. Təbuk şəhəri əkinçilik məhsulları ilə xususiylə də çiçəkçilik ilə məşhurlaşmışdır. Bölgədən Avropaya Süsənkimilər ailəsindən çiçək növləri ixrac edilir.
Görməli yerlər Təbuk şəhərinin 115 km cənub-qərbində Nəbatilər dövrüdə (e.ə. 166–167) Roma İmparatorunun şərəfinə tikilən Ravafah məbədi vardır.
Təbuk şəhərində Tövbə məscidi kimidə tanınan Peyğəmbər məscidi ilk illərdə palçıq və palma ağacının yarpaqları ilə tavan tikilmişdir. Sonra bu məscid 1652-ci ildə Qanuni Sultan Süleyman dövründə bərpa edilmiş və ən son Kral Feysəl ibn Əbdüləziz tərəfindən Mədinə şəhərindəki Peyğəmbər məscidi oxşar olaraq tamamilə yenilənmişdir.
Şəkillər
Həmçinin bax Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı şəhərləri
İstinadlar
Xarici keçidlər
Tabouk — Saudi Arabia Tabuk şəhəri "Saudi Tourism" saytında
Kateqoriya:Səudiyyə Ərəbistanı Kateqoriya:Səudiyyə Ərəbistanı şəhərləri