Ağılsızlar () — Fırtınaquşular fəsiləsinə aid fəsilə. Cinsə daxil olan növlərin nümayəndələri kifayət qədər uzunömürlü olur. Hətta 40 il belə yaşaya bilirlər.

Təsviri

Xarici görünüş Bədəninin uzunluğu 50 sm-dir. Dimdiyi iridir.

Arealı və yayılma sahələri Dəniz quşları əsasən Atlantik okean və Sakit okeanın şimalında, Şimal Buzlu okean və Cənub okeanı suları üzərində yayılmışlar.

Qidalanması Ağılsızlar əsasən balıqlar, ilbizlər, xərçənglər, başıayaqlılar və meduzalarla qidalanır. Onlar leşlərlə qidalanmaqdan belə çəkinmirlər. Qidanı suyun səthindən götürürlər.

Çoxalması Onlar əsasən qayalıqlarda yuva qurur və bir olmaqla yumurta qoyular. Qırt yatma dövrü 60 gündür.

Xüsusiyyətləri Yuvalarını qorumaq məqsədilə düşmənlərinin üzərinə mədə şirəsi atırlar. Bu xüsusiyyətə hətta balalar belə qadirdir. Quruda quşlar elə də yaxşı yerimirlər. Ancaq yaxşı uçmaq bacarıqları vardır.

Növləri

Qazıntılar zamanı bu cinsə daxil olan iki qədim növlərin qalıqları aşkarlanmışdır. Onlar Sakit okean sahillərində Kaliforniya ərazisində aşkarlanmışdır. Fulmarus miocaenus orta miosen Fulmarus hammeri alt miosen.

Şəkillər

İstinadlar

Xarici keçidlər Northern fulmar profile Northern fulmar videos photos and sounds Southern fulmar videos photos and sounds

Həmçinin bax

Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Avstraliya quşları