Kiçik Kuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. AdıSahəsi, km²Maksimal hündürlük, mEnUzunluqKiçik Kuril cərgəsi Şikotan 264,13 412 43°48' 146°45' Polonski 11,57 16 43°38' 146°19' Zelyonı 58,72 24 43°30' 146°08' Tanfilev 12,92 15 43°26' 145°55' Yuri 10,32 44 43°25' 146°04' Anuçin 2,35 33 43°22' 146°00' Oskolki 1,5 38 43°35' 146°25' Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.
Coğrafiyası İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edirКарта округа Нэмуро Administrative map of Japan (As of April 1, 2009) .
Qrupa daxil olan adaların səthi hamar və təpəlidir. Meşəliklər demək olar ki, yoxdurCənubi Kuril adalarının kiçik məməliləri // DisCollection.ru. Maksimal hündürlük Şikotan adasında 412 metrdir. Yaxınlığında yerləşən Kunaşir adasına nisbətdə iqlimi nisbətən yumşaqdır. Bəzi gəmiricilərin bala vermə dövrü noyabr ayına qədər davam edir.
Kiçik Kuril cərgəsinə daxil adaların ərazisində «Kiçik Kuril» yasaqlığı və «Kuril» Dövlət Təbiət qoruğj yerləşir (bir hissəsi).
Adsız adalar 2012-ci ildə Saxalin vilayətində Saxalin və Kuril adalsrında adsız coğrafi obyektlərin adlandırılması kompaniyasına start verilmişdir. Rus Coğrafiya Cəmiyyətinin dəniz ekspedisiyası cərçivəsində 5—7 sentyabr 2012-ci il tarixində üç adsız adaya eniş təşkil edilir. Bu adalar Şikotan adası yaxınlığında qərarlaşan və Rus Coğrafiya Cəmiyyətinin Saxalin vilayətinin yerli şövbəsində keçirilən 3 sentyabr 2012-ci il toplantısında adı təsdiqlənmiş adalar olmuşdurТри курильских острова рядом с Шикотаном получили имена // Российские острова. Qneçko adası 1945-ci ildə Kuril adalarına təşkil edilən desant əməliyyatının komandanı general-mayor Aleksey Qneçkonun, Kapitsa adası isə görkəmli rus alimi və tele-aparıcısı Sergey Kapitsanın şərəfinə adlandılmışdır. Farxutdinov adası öz adını Saxalin vilayətinin həlak olmuş qubernatoru İqor Farxutdinovun şərəfinə adlandırılıbБезымянные острова обрели названия // Вести.ру. Adaların orta hündürlüyü dənuz səviyyəsindən 30 metr yuxarıda yerləşir. Kapitsa və Qneçko adalarında xüsusi kapsul və Rusiya bayrağı yerləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Kuril adaları Kateqoriya:Kiçik Kuril cərgəsi