Qulerme Ximenez de Souza (18 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Ximenez kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusu. O, klubda müdafiənin sağ cinahında oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri olmuşdur.

Klub karyerası Ximenez San-Paulu ştatının Ribeyrao Plato şəhərində anadan olmuşdur. Ximenez gənclik illərində Ole Brazil və Komersial-SP klublarında çıxış etmişdir. 2013-cü ilin ortalarından əsas komandada da iştirak etməyə başlamışdır. Öz peşəkar karyerasında debütünü həmin ilin 21 iyul tarixində Paulista Kuboku çərçivəsində İndipendente de Limeyra klubu ilə oyunda etmişdir. Həmin görüşdə klubu 0-0 heç-heçə etmişdir.

Ximenez ödənilməmiş əmək haqqı ilə bağlı olaraq 17 aprel 2014-cü ildə klub ilə müqavilə təxirə salır. 2014 Paulista Çempionatında Ximenez sadəcə iki dəfə ehtiyat oyunçular skamyasında yer almışdır. Səkkiz gündən sonra isə o, şəhər rəqibləri olan Botafoqo-SP ilə 3 illik müqavilə imzalayır.

Ximenez 5 aprel 2015-ci ildə Paulistao çempionatının San-Paulu FK klubu ilə oyunu çərçivəsində peşəkar karyerasında ilk qolunu vurmuşdur. Həmin görüşdə komanda 2-0 hesabı ilə qələbə qazanmışdır. İyun ayında Ximenez bir qrup sahibkarın iştirakı ilə Seriya A təmsilçilərindən olan Qoyas ilə müqavilə imzalayır. Bu komanda da debütünü 18 iyulda İnternasional klubuna qarşı oyunda edir və komandası 1-2 hesabı ilə məğlub olur.

Ximenez Esmeraldino ilə 23 oyunda iştirak edir. Çempionatının sonunda klub aşağı dəstəyə yuvarlanır. 17 dekabr 2015-ci ildə isə o, Seriya A-da çıxış edən Şapekoense klubu ilə 1 illik müqavilə imzalayır.

Ölümü 28 noyabr 2016-cı ildə Qulerme Ximenez Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.

Karyera statistikası 27 noyabr 2016-cı il məlumatlarına əsasən. KlubMövsümLiqaŞtat LiqasıKubokKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolKomersial-SP2013Paulista A2—00——10Pualista Kubokunda iştiraklar01002014Paulista—00———00Yarımcəm—00——100100Botafoqo-SP2014Paulista—00——1901902015Seriya D00131———131Yarımcəm00131——190321Qoyas2015Seriya A230—001Sudamerikana Kubokunda iştiraklar0—240Şapekoense2016Seriya A3101203050—510Ümumi Karyera54025130602901171

Uğurları Şapekoense Katarinense Çempionatı: 2016

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri