Emmanuel Matadi (d. 15 aprel 1991; Monroviya, Liberiya) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Emmanuel Matadi Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi.
Həyatı Emmanuel Matadi 1991-ci ilin 15 aprel günündə Liberiyanın Monroviya şəhərində anadan olub.
Karyerası Emmanuel Matadi birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Matadi 100 metr məsafəyə qaçış yarışlarında 10.31 saniyə nəticəyə imza atdı və 6-cı yeri tutdu. 200 metr məsafəyə qaçışda isə Emmanuel Matadi 20.49 saniyə nəticə ilə 5-ci yeri tutdu.
Emmanuel Matadi həm də Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Liberiyanın dövlət bayrağını apardı.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər