Tüleni adası — Oxot dənizinin cənub-qərbində, Saxalin adasınsa yerləşən Terpeniya burnundan 12 cənub-qərbdə yerləşən ada. Ada kifayət qədər kiçikdir: uzunluğu 636 metr, eni 40-90 metr arasında dəyişir. Sahəsi 0,053 km², maksimal hündürlüyü isə 18 metrdir. Ada ilk dəfə 1643-cü ildə holland səyyahı Maarten Qerritsen De Friz tərəfindən kəşf edilmişdir. İnzibati cəhətdən Saxalin vilayəti Poronay vilayəti ərazisinə daxildir. Sahilləri terrasvaridir. Ada ərazisində dəniz şirlərinin yerləşim yerləri vardır. Ada dəniz şirlərinin yerləşim yerləri olması 1852-ci ildə balina ovçuları tərəfindən müəyyən edilmişdir. Artıq XIX əsrin sonlarına qədər minlələr baş canlı ovlanılırdıКузин А. Е., 1999. Северный морской котик. М. 396 с.. Nəticəfə heyvanların sayında kütləvi azalma müşahidə olunurdu.

Qayaların üzəri quşlarda dolu olur. Fratercula cirrhata, Cerorhinca monocerata, Sakit okean kütdimdiyi, Aethia psittacula, Phalacrocorax pelagicus, Ağılsızlar, Aethia cristatella və Rissa tridactyla kimi quşlar burada yuva qurur.

Ada yaxınlığından keçən gəmilərə adaya 30 mildən az məsafədə yaxınlaşmağa qoyulmur. Helikopterlərin və təyyarələrin ada üzərindən uçması qadağandır. İstinadlar

Mənbə Tüleni adası

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Saxalin vilayəti adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları