Eltac Səfərli () — Azərbaycan şahmatçısı, qrosmeyster (2008).

Naliyyətləri 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur.

2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur.

2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur.

2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur.

2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır

2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur.

2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur.

SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır.

Şəxsi həyatı 2024-cü ildə almaniyalı qrossmeyster (qadınlar arasında) Yozefina Səfərli ilə ailə həyatı qurub.

Reytinqi FİDE-nin 2025-ci il dekabr ayının 1-nə olan reytinq sıralamasında 2645 ELO xalı ilə 78-ci sırada qərarlaşıb.

Xarici keçidlər

Eltaj Safarli. Chess-DB.com Eltaj Safarli. fide.com Eltaj Safarli. chessgames.com Eltaj Safarli. facebook.com Eltaj Safarli. chess.com Eltaj Safarli. chess24.com

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmatçı qaralamaları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları