Hondo və ya Hon adası () — Cənubi Koreyaya məsub olan ada.

Ada Çolla-Namdo vilayətinə aid Mokpxo limanından 115 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Sinan qəzası ərazisinə aiddir. Sahəsi 6,47 km², ən hündür nöqtəsi isə 378 metr təşkil edir. 2001-ci ilə olan məlumata görə adada 710 nəfər yaşayır.

1931-ci ildə yaponlar tərəfindən adada mayak inşa edilmişdir. Mayak 50 km məsafədən görünür. 1981-ci ildə ada və ətraf suları ilə birlikdə sahəsi 2321 km² olan milli park yaradılmışdır.

Qeydlər

İstinadlar

Kateqoriya:Sarı dəniz adaları Kateqoriya:Cənubi Koreya adaları Kateqoriya:Cənubi Koreyanın təbiət abidələri