Riasor () — İspaniyanın Qalisiya muxtar regionun La-Korunya şəhərində yerləşən futbol stadionu. "Deportivo La-Korunya" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 32.912 nəfərdir. Açılışı 28 oktyabr 1944-cü ildə olmuşdur.
Tarixi Təməli 1993-cü ildə qoyulmuş stadionun memarı Santyaqo Rey Pedreyradır. 28 oktyabr 1944-cü ildə stadionun təntənəli açılışı olmuşdur. Açılış oyununda "Deportivo" və "Valensiya" komandaları qarşılaşıblar. Bu görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Stadion 1982-ci ildə futbol üzrə dünya çempionatının qrup mərhələsinin üç oyununu qəbul edib. Məhz həmin ildə stadionda ilk dəfə əsaslı yenidənqurma işləri aparılıb. Növbəti yenidənqurma işləri 1995-ci ildən 1998-ci ilədək həyata keçirilib. Məhz bu yenidənqurma işləri zamanı stadiondakı qaçış zolağı yığışdırılmış və stadiondakı oturacaqların sayı 34.000-ə çatdırılmışdır.
Stadionda tamaşaçı sayına görə rekord göstərici 1999/2000 mövsümündə qeydə alınıb: "Deportivo" ilə "Espanyol" komandaları arasında keçirilmiş oyunu 41.000 tamaşaçı canlı olaraq seyr edib.
Yeni stadionun layihəsi 2003-cü ildə "Deportivo"nun prezidenti "Riasor" stadionun məşhur meksikalı memar Piter Ayzenman tərəfindən hazırlanmış yeni layihəsini ictimaiyyətə təqdim edib. Hazırda layihənin icrası dayandırılıb.
Əgər futbol üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu Rusiya yox, İspaniya qazansaydı, o zaman stadiondakı oturacaqların sayı 45.000-ə qədər artırılacaqdı.
1982 FİFA Dünya Kuboku TarixKomanda #1HesabKomanda #2Mərhələ1982-06-150–01-ci qrup1982-06-190–01-ci qrup1982-06-225–11-ci qrup
İstinadlar
Xarici keçidlər
Stadiumdb.com saytında Stadiumguide.com saytında Worldstadiums.com saytında
Kateqoriya:İspaniya stadionları Kateqoriya:İspaniya futbol stadionları Kateqoriya:XX əsr memarlığı Kateqoriya:28 oktyabrda yarananlar Kateqoriya:1944-cü ildə yarananlar Kateqoriya:1982 FİFA Dünya Kubokunun keçirildiyi stadionlar