Afrika Milli Konqresi (AMK) – CAR-da hakim partiya; yerli əhalinin kütləvi və nüfuzlu siyasi təşkilatı. 1912-ci ildə yaradılmışdır. Afrika Milli Konqresi irqi ayrı- seçkiliyə qarşı çıxır və CAR-ın bütün əhalisinin hüquq bərabərliyi naminə çalışır. 1955-ci ildə Afrika Milli Konqresi və digər müxalifət təşkilatlarının təşəbbüsü ilə çağırılmış Xalqlar konqresində Azadlıq xartiyası – demokratik Cənubi Afrika uğrunda mübarizə proqramı qəbul olundu. Afrika Milli Konqresi ölkənin bütün tərəqqipərvər qüvvələrini birləşdirməyə çalışaraq, dəfələrlə hakim dairələrin irqçi və antidemokratik siyasətinə qarşı çıxmışdır. 1960–1990-cı illərdə gizli fəaliyyət göstərmişdir. Afrika Milli Konqresi rəhbərliyi altında irqçiliyə qarşı aparılan mübarizənin Afrika və dünya demokratik qüvvələri tərəfindən dəstəklənməsi CAR-da aparteid sisteminin ləğvinə gətirib çıxardı. 1994, 1999, 2004-cü illərdə CAR-da keçirilən ümumxalq seçkilərində Afrika Milli Konqresi qalib gəlmişdir.
İstinadlar
Kateqoriya:CAR-da siyasət Kateqoriya:1912-ci ildə yarananlar Kateqoriya:8 yanvarda yarananlar Kateqoriya:Sol mərkəzçi partiyalar Kateqoriya:Sosial demokrat partiyalar Kateqoriya:Milli azadlıq hərəkatı