Nöman ibn Müqərrin () — səhabə, sərkərdə.

Həyatı Nöman ibn Müqərrin Mədinə yaxınlığında yaşamış Müzeynə qəbiləsinin başçısı olmuşdur. Hicrətdən sonra Nöman öz qəbiləsinin 400 nəfərlik atlı dəstə ilə Mədinəyə Məhəmməd peyğəmbərin yanına gəlmiş, İslamı qəbul etmişdir. Bundan sonra Nöman müsəlmanların apardığı savaşlarda vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Nöman xəlifə Əbu Bəkrə tabe olmayan ərəb qəbilələri ilə döyüşmüşdür.

Xəlifə Ömərin dövründə isə o, İrana qarşı savaşlarda fəallıq göstərmiş, Xilafət qoşununa başçılıq etmişdir. İranlılara qarşı Nəhavənd döyüşündə həlak olmuşdur.

Həmçinin bax Nəhavənd döyüşü Məhəmməd peyğəmbərin səhabələri siyahısı

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:642-ci ildə vəfat edənlər