Aleksandr Motılyov (, 17 iyun 1979 Rusiya) Rusiyalı qrosmeyster (2000).

Naliyyətləri

2001-ci ildə o, Rusiya Çempionu olmaqla Şahmat aləmini təəccübləndirsə də, sonrakı illərdə nümayiş etdirdiyi laqeyd münasibət həm yaxşı, həm də pis nəticələrə gətirib çıxartdı.

2002-ci ildə Moskvada Rusiya Dünyaya qarşı adlı mötəbər turnirə dəvət alan Aleksandr yalnız 6 oyundan 1 xal topladı.

2004-cü ildə o, Tomskda təsnifat turnirində qalib gəldi və Rusiya Superfinalında uğurlu oyun nümayiş etdirdi.

2005-ci ildə 2-ci Sanjin Otel Kubokunda ikinci yeri tutdu (Harikrishnadan sonra) və həmin il yenidən Rusiya Superturnirinə vəsiqə qazandı, bu dəfə Kazanda keçirilən yarışın üçüncüsü oldu.

2006-cı ildə Wijkaan Zeedə keçirilən Corus "B" turnirində birinci yeri Maqnus Karlsenlə bölüşdürdü.

2009-cu ilin iyun ayında Rusiyanın Poikovsky şəhərində keçirilən 10-cu Poikovsky Karpov turnirinin qalibi oldu.

2001-ci il Komandalar arasında Dünya Çempionatının əsas oyunlarında Rusiyanı təmsil edərək, komandasının gümüş medal almasında oz töhfəsini verdi.

2014-cü ildə Avropa Şəxsi Çempionatın qalibi oldu. Həmin ilin aprelində keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunda ikinci yeri Motılyov, birinci yeri isə Pavel Elyanov tutdu.

Xarici keçidlər

Alexander Motylev. Chess-DB.com Alexander Motylev. 365chess.com Alexander Motylev. fide.com Alexander Motylev. chessgames.com Alexander Motylev. chessclub.com

Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qaralamaları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Yekaterinburqda doğulanlar Kateqoriya:Rumıniya şahmatçıları