thumb|right|250px|İrkutsk şəhəri. İrkutskda kütləvi spirt zəhərlənməsi () - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi. Hadisə nəticəsində 62 nəfər vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabun və şampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.
İstinadlar
Kateqoriya:2016-cı ildə Rusiya Kateqoriya:17 dekabrdakı hadisələr Kateqoriya:İrkutsk Kateqoriya:Kütləvi zəhərlənmələr