Brendan Mürrey (; ) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Musiqi karyerası
2014–2016: Hometown qrupu 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir.
2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Brendan 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır. Nəticədə isə o yarımfinalda 86 xalla 13-cü yeri tutaraq, finala adlaya bilməmişdir.
Diskoqrafiya
Sinqllar Mahnı adı İl "Dying To Try" 2017
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İrlandiya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İrlandiyanın "Avroviziya" təmsilçiləri