Sarkis Torosyan (, 1891 - 1954) — Osmanlı ordusunun erməniəsilli zabiti, Çanakqala döyüşünün iştirakçısı. Özünün yazdığı xatirələrində iddia etmişdir ki, həmin döyüşdə ilk ingilis hərbi gəmisini məhz o vurub batıra bilmişdir Ancaq sonra, Osmanlı savaşda məğlub olan çağlarda silahını türklərə qarşı çevirmişdir. Daha sonra o Amerikaya köçmüş və orada öz “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” adlı xatirələrini yazmışdır. Bu kitabda xatırlanan olaylar Türkiyədə mübahisələrə səbəb olmuşdur, tarixçilər onları şübhə altına almış, bəzi olayların isə saxta olduğunu iddia etmişdirlər. Xatirələrin yayımlanması zamanı yerli tarixçi Paul Vartan Sookiasian Torosyanın soyunu tapmış və onlarla əlaqə saxlamışdır. Bundan sonra Taner Akçam Torosyanın nəvəsindən müsahibə almış. Orada o babasının həyatı haqqında təfərruatları açıqlamışdır.
Həyatı Sərgiz Torosyan 1893-cü ildə Kayseri bölgəsindəki Everek (hazırda Develi) adlı erməni kəndində doğulmuşdur. Orada yerli kilsə məktəbində ilk təhsilini almışdır. Gənc yaşlarından o hərbçi olmaq istəmiş, ancaq Osmanlı dövlətinin qanunları qeyri-müsəlmanların əskərliyə çağırılmasını qadağan etmişdir. Bu qadağa 1908 ildə Gənc Türklər ingilabından sonra qaldırılmışdın. Torosyan öz təhsilini Edirnedə davam etmiş və orada Məhərrəm adlı bir ərəblə dostlaşmışdı; onun atası İstanbulda briqada generalı idi. Onun köməyi ilə Hərbi məktəbdə oxumuş və onu 1914-cü ildə bitirmişdir. O zaman ona ikinci dərəcəli topçu leytenantı dərəcəsi verilmişdir. Bu arada Torosyan Məhərrəmin bacısı Cəmilə ilə sevgi münasibətləri qurmuşdur.
Çanakqala döyüşü thumb|Torosyanın təltif edilməsi barəsində Ənvər paşanın imzaladığı sərəncam Hərbi məktəbi bitirdikdən sonra Torosyan Almaniyaya ezam olunmuş, orada Krupp müəssisəsində 3 ay qalmışdır. I dünya savaşı başlayan kimi, Osmanlı imperiyasına qayıtmış, dərhal Seddülbahir Qalasının komandiri təyin edilmişdir. 1915-ci ilin əvvəllərində Çanaqqala döyüşü zamanı Torosyan ilk ingilis kreyserini batıra bilmişdir. Öz xatirələrində o yazmışdır ki, ümumiyyətlə həmin ilin fevralın 19 – martın 18 arası döyüşlər zamanı 3 ingilis kreyserini bə aprel ayında bir sualtı gəmisini vura bilmişdir. Onun yazdığına görə, bu da Britaniya Kral hərbi donanmasının HMS E15 sualtı gəmisi idi. Cavad paşa Torosyanın səylərini qiymətləndirmiş və qeyd etmişdir ki, onun komandanlığı altında olan istehkamlar ingilis gəmilərinə qarşı ən etibarlı müdafiə xəttinə çevrilmişdir. Hərbi nazir Ənvər paşa onun döyüşlər zamanı göstərdiyi igidlik haqqında eşidəndə, onu təbrik etmiş və Colmar Freiherr von der Goltz and Liman von Sanders kimi yüksək rütbəli alman zabitlərinə təqdim etmişdir. Həmçinin Ənvər paşa Torosyanı Osmanlı dövləti hərb medalı ilə təltif etmişdir. 1915 il sentyabrın 29 Torosyan Məhərrəmin döyüşlərdə ağır yaralandığı xəbərini almış və onu ziyarət etmək istəmiş. Məhərrəm isə ölümündən qabaq bacısı Cəmilə haqqında belə bir etiraf yazmışdı:
Bu etirafdan belə çıxırdı ki, Məhərrəm Torosyanın Cəmilə ilə evlənməsinə etiraz etmirdi.
Erməni olayları
O zaman ermənilərin köçürülməsi əməliyyatı başlanmışdır. Ənvər paşa Torosyanın ailəsinin toxunulmazlığı haqqında göstəriş vermiş, ancaq Kayseri bölgəsinin qubernatoru Salih Zeki bey buna əməl etməyərək onları təqib etmişdir. Torosyanın atası Ohannes və anası Vartuhi öldürülmüş, yalnız bacısı Bayzar xilas ola bilmişdir. Bacısını qorumaq üçün Torosyan Mekedoniya, Rumıniya və sonda Ərəb səhralarını aşaraq erməni köçkünlərinin Tel Halaf düşərgəsində onu tapa bilmişdir. Ancaq az sonra həm Bayzar, həm də Cəmilə xəstəliklərdən vəfat etmişdirlər. Ərəb cəbhəsi 1918 ilin sentyabrında Nəblus döyüşləri zamanı Torosyan ingilislərin tərəfinə keçərək ərəb dəstələrinin tərkibində Osmanlı ordusuna qarşı vuruşmuşdur. Xatirələrində o yazmışdır ki, “mən türk ordusunun belini qırmaq istəmişdim”. Az sonra Torosyan Fələstində ərəb alayına rəhbərlik etmiş və Dəməşqdə 6000 ərəb süvarilərinə sorumlu olmuşdur. Onun igidliyini ingilislər medallarla dəyərləndirmişdirlər.
Fransız erməni legionu Fransız erməni legionu Fransa ordusunun tərkibində vuruşan xarici hərbi birləşmə olmuşdur. Erməni legionu I dünya savaşı zamanı Osmanlı imperiyasına qarşı vuruşmaq üçün yaradılmışdır. Onun tərkibində hərbi birləşmələr və milis olmuşdur. Sərgis Torosyan da bu kimi hərbi birləşmələrin tərkibinə qatılmışdır. Ancaq Mustafa Kamalın rəhbərliyi altında olan türk ordusu Kilikiyada fransız və erməni güvvələrini geri oturda bilmiş və bölgəyə nəzarəti ələ keçirmişdir. O zaman fransızlar canlarını qurtarmaq üçün silah və sursatlarını türklərə vermişdirlər ki, Kilikiyadan itkisiz çıxa bilsinlər. Bu barədə şübhələrini Torosyan öz gündəliyində yazmışdır. O bunu satqınlıq hesab edərək Amerikaya mühacirət etmiş və qohumları ilə birləşmişdir. Buna baxmayaraq fransızlar onu medallarla təltif etmişdirlər.
Amerikaya mühacirət Amerikaya köçəndən sonra Torosyan Pensilvaniyada məskunlaşmış və orada öz xatirə kitabı olan “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” əsərini yazmışdır. Bu kitab tarixçilər tərəfindən I dünya savaşı barədə mənbələrdən biri kimi dəyərləndirilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə erməniləri Kateqoriya:Dezertirlər Kateqoriya:Fransa hərbçiləri Kateqoriya:Osmanlı imperiyasından ABŞ-yə mühacirət edənlər