Qrand-Jatt adasında bazar günü () — fransız rəssam Jorj-Pyer Söra tərəfindən 1884–1886-cı illərdə çəkilmiş rəsm əsəri. İrihəcmli olan əsər, puantilizm axınının parlaq nümunələrindən hesab olunur. Jorj-Pyer Söranın özü rəssamlıqda bu yeni axının banilərindən biri idi. Bu əsər XIX yüzilliyin postimpressionizm dövrünün ən yadda qalan əsərlərindən biri olaraq qəbul edilmişdir.

İstinadlar

Kateqoriya:Postimpressionizm Kateqoriya:1484-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:1886-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər