Yaddaşın dəyişməzliyi () 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri.

1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki  National Museum of Art'da sərgilənməkdədir.

Haqqında Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır.

Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır.

Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür.

Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.

Kateqoriya:1931-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Salvador Dalinin rəsm əsərləri Kateqoriya:Sürrealist rəsm əsərləri Kateqoriya:İncəsənətdə həşəratlar Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər