2010-cu il ABŞ əhalisinin siyahıyaalınması ABŞ-də 23-cü və hazırda ən axırıncı əhalinin siyahıyaalınmasıdır. Siyahıyaalınma üçün hesablama günü 1 aprel 2010-cu il hesab edilmişdir. Hesablamanın dəqiqliyini artırmaq üçün 635.000 müvəqqəti hesablayıcı işə alındı. ABŞ əhalisi 2000-ci il siyahıyaalınmasına görə 9.7% artaraq 308,745,538 nəfər təşkil etmişdir.
Tanışlıq thumb|upright|Prezident Obama Oval Ofisdə öz siyahıyaalınma vərəqəsini doldurur, 29 mart 2010. ABŞ Konstitusiyasına əsasən 1790-cu ildən hər on ildə bir ABŞ əhalisinin siyahıyaalınması həyata keçirilir. Bundan əvvəlki siyahıyaalınma 2000-ci il ABŞ əhalisinin siyahıyaalınması olmuşdu. ABŞ əhalisinin siyahıyaalınmasında iştirak ABŞ Kodeksi 13-cü maddəsinə əsasən nizamlanır.
25 yanvar 2010-cu ildə Siyahıyaalma Bürosunun direktoru Robert Qrovs şəxsən Alyaskanın Nurvik şəhərinin sakini, İkinci Dünya müharibəsi veteranı Klifton Ceksonu qeydə almaqla 2010-cu il siyahıyaalınmasını rəsmən açılışını etmişdi. 15 mart 2010-cu ildən başlayaraq 120 milyondan artıq siyahıyaalma vərəqəsi ABŞ Poçt Xidməti vasitəsilə göndərilməyə başlandı. 1 aprel 2010-cu ilə qədər poçt vasitəsilə gönədrilən və evlərə çatdırılan vərəqələrin sayı təxminən 134 milyon idi.
2010-cı il siyahıyaalınmasında poçt vasitəsi ilə iştirak 74% təşkil etmişdir.
Başlıca dəyişikliklər Xərclər Texnologiya Marketinq və azsayma Yenidən paylanma Mübahisələr Ştat sıralaması Metropoliten sıralaması Şəhər sıralaması
+2010 ABŞ şəhərlərinin əhalisinə görə sırası Sıra Şəhər Ştat Əhali 1 Nyu-York 8,175,133 2 Los-Anceles 3,792,621 3 Çikaqo 2,695,598 4 Hyuston 2,099,451 5 Filadelfiya 1,526,006 6 Finiks 1,445,632 7 San-Antonio 1,327,407 8 San-Dieqo 1,307,402 9 Dallas 1,197,816 10 San-Xose 945,942 11 Ceksonvill 821,784 12 İndianapolis 820,445 13 San-Fransisko 805,235 14 Ostin 790,390 15 Kolumbus 787,033 16 Fort-Uort 741,206 17 Şarlott 731,424 18 Detroyt 713,777 19 El Paso 649,121 20 Memfis 646,889 21 Baltimor 620,961 22 Boston 617,594 23 Sietl 608,660 24 Vaşinqton 601,723 25 Neşvill 601,222
İstinadlar
Xarici keçidlər
2010 Census 2010 United States Census Form U.S. Census Bureau The 2010 Census: Winners and Losers – Life (jurnal) How to deep link into US Census Bureau FactFinder2 , see FactFinder2 info Census: As Red States Grow, So Do Hispanic Populations Within – Democracy Now! tərəfindən video sujet
Kateqoriya:2010-cu ildə ABŞ Kateqoriya:ABŞ əhalisinin siyahıyaalınması Kateqoriya:ABŞ cəmiyyəti