Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Rəncbərlər kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılmışdır.

Tarixi Rəncbərlər yaşayış məntəqəsinin ilk sakinləri, Hacı Əsgər , Murtuz bəy, Səlim bəy və Həmid bəyin torpaqlarında işləyən və mənşəcə kəbirli tayfasına mənsub olan rəncbərlər olduğu üçün o, belə adlanmışdır. XV–XIX əsrlərdə İran, Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) kəndli kateqoriyası olan rəncbərlər feodaldan torpaq, su, toxum, iş heyvanı və s.alır, əvəzində məhsulun müəyyən hissəsini ona verirdilər. Bəzi xanlıqlarda ancaq mülkədarın şəxsi təsərrüfatında çalışanlar rəncbərlər adlanırdı. Rəiyyətdən fərqli olaraq kənd icmasına daxil olmayan rəncbərlər torpağa yox, şəxsən sahibkara təhkim idi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, 1845-ci il fərmanına əsasən, rəncbərlər təhkimli kəndli kateqoriyasına daxil edildilər. Rəncbərlər "cütcü, əkinçi", "sahibkardan şəxsi asılı olan kəndli" mənasındadır. Hacıqabul rayonunda da Rəncbər kəndi vardır. Vaxtilə İrəvan xanlığının Zəngibasar mahalında Rəncbər adlı kənd mövcud idi.Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası. Bakı, 2007

Əhalisi Əhalisinin sayı 2141 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kəndin əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Kəndin kəbirli, qızıllılar, seyid məhəmmədağalılar, kəlbədərkahlılar, qurbanlılar, qazaxlılar, bayramlılar, ismayıluşağılar, əsgərlilər, şüşəməmmmədlilər, seyidlər və başqa tayfa tirələri var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağcabədi rayonunun kəndləri