Marağa Universiteti () — İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının Marağa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Saleh Şahabivənddir.
Tarixi Marağa Universiteti 1987-ci ildən fəaliyyət göstərir.
Kontingent Marağa Universitetində min nəfərdən çox tələbə təhsil alır.
Azərbaycanşünaslıq Dərnəyi Universitetdə Azərbaycanşünaslıq Dərnəyi fəaliyyət göstərir. Dərnək türk dili və ədəbiyyatının tədris edilməsi ilə bağlı xeyli cəhd göstərmiş, universitetin Mədəniyyət Şurasına çoxlu məktublar göndərmişdirMarağa universitetində türk dili və ədəbiyyatının tədris olunacağına dair qərar qəbul olunub . dak.az, 22.06.2016 . Nəhayət, dərnəyin müraciəti Mədəniyyət Şurasından Universitetin Təhsil Şurasına, oradan isə Elm, Təhqiqat və Texnologiya Nazirliyinə çatdırılıb. Sonra müraciətin cavablandırılması üzrə prosedur yenidən Universitetin Qərarçıxarma Şurasına tapşırılıb. Şura isə tələbələrin ardıcıl müraciətlərini nəzərə alaraq müraciəti dəyərləndirib və bu barədə 2016-cı ildə müsbət qərar çıxarıb.
Nəşrlər
"Elin" jurnalı Marağa Universitetində nəşr edilən "Elin" jurnalı türkcə-farsca öyrənci dərgisidirMarağa Universitetinin türkcə-farsca dərgisinin nəşrinə qadağa qoyulub . amerikaninsesi.org, 26.10.2015 . Onun nəşrinə 4 illik fəaliyyətindən sonra 2015-ci ildə Universitet Nəşrlərinə Nəzarət Komitəsi tərəfindən 1 illik qadağa qoyulmuşdur. O vaxta qədər jurnalda dərc edilən yazılartarix, kimlik, ədəbiyyat, ana dili və azlıq hüquqları mövzularında olmuşdur.
Həmçinin bax İran universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran universitetləri Kateqoriya:Marağada təhsil Kateqoriya:1987-ci ildə yarananlar