Avqusto Sandino (; )) — Nikaraqua partizan lideri. Sandinista Xalq Cəbhəsi adını Avqusto Sandinodan götürmüşdür. Sandino 1926-cı ildə Baş Nazir Xuan Bautista Sakaranı prezidentlik vəzifəsinə gətirilməsi üçün apardığı silahlı mübarizə də məşhurlaşmışdır. ABŞ dəniz piyadaları korpusunun 1927-ci ildə ölkəyə müdaxilə etməsindən sonra tərəfdarlı ilə birlikdə ölkənin şimalındakı dağlarda gizlənmişdir. ABŞ və Nikaraqua ordusuna qarşı apardığı uğurlu əməliyyatlar nəticəsində xalqın dəstəyini qazanmışdır.
Sandino tərəfindən icra olunan hərbi əməliyyatların əsas məqsədlərindən biri də Nikaraqua xalqında Amerika Birləşmiş Ştatlarına qarşı mənfi fikirlərin formalaşdırılması idi və proseslərin gedişi zamanı partizanlar öz istəklərinə qisməndə olsa nail olmuşdular. 1933-cü ilin yanvar ayında ABŞ ordusunun ölkədən çıxması və Sakaranın hakimiyyətə gəlməsindən sonra tərəfdarlarının bir qismini dağıdaraq sülh prosesinə başlamışdır.
Partizanların tərkisilah edilməsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Xalq Mühafizəçilərinin komandiri Anastasio Somoza Qarsiyanın adamları tərəfindən oğurlanaraq öldürülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Partizanlar Kateqoriya:Nikaraqua inqilabçıları Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Qətl qurbanları