II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə ()) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-cü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir.
thumb|300px|left|Zedazeni monastırı XII əsr erməni tarixçisi 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. "Çarlar-çarı Davidin həyatı" adlanan XII əsr anonim gürcü mənbəsinə görə
"Çarlar-çarı Davidin həyatı"na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir.
Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və "Kartlis tsxovreba"nın XVI əsr redaktəsində ("Çariça Annanın siyahısı") çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər