Şıxlar — Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şıxlar kəndi XVI–XVII əsrlərdə Şıx tayfasının üzvlərinin burada məskunlaşması ilə yaradılıb. SSRİ dövründə kifayət qədər inkişaf etsə də, SSRİ dağıldıqdan sonra yaranmış iqtisadi tənəzzül dövründə XX əsrin 90-cı illərində əhali tədricən kəndi tərk etməyə başlayıb. Sakinlərin əksəriyyəti ya yaxınlıqdakı kəndlərə, ya da Qaradağ rayonundakı Şıxlar kəndinə köçdü. Bəziləri isə Bakıda məskunlaşdı.Qobustanın tərk edilmiş Şıxlar kəndi

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə heç kəs yaşamır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qobustan rayonunun kəndləri