Bahadır və Sona — Nəriman Nərimanov tərəfindən 1896–1898-ci illərdə yazılmış roman. Azərbaycan ədəbiyyatında ilk roman.
Məzmunu Roman öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi.Teymur Əhmədov. Nəriman Nərimanovun dramaturgiyası. Bakı, 2005.
Nəşrlər
Fransız dilində Roman 2018-ci ildə Kəpəz nəşrləri tərəfindən çap olunub. Bu nəşrə ön söz Jan-Emmanuel Medina yazılıb.
Musiqidə 1961-ci ildə bəstəkar Süleyman Ələsgərov Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında opera yazmışdır. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Şıxəli Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır.Nəriman Nərimanovun ev-muzeyi
Rəssamlıqda 1977-ci ildə rəssam Y. Hüseynov yağlı boya ilə kətan üzərində "Bahadır və Sona" romanına illüstrasiya çəkmişdir."Bahadır və Sona" illüstrasiyası
Qalereya
Mənbə Məhəmməd Əmin Rəsulzadə. "İqbal" NN 523, 528, 535, 541; 8, 13, 22 və 29 dekabr 1913 Нариманов Н. Н. Избранные произведения / Составитель П. А. Азизбекова, научный редактор Д. П. Гулиев. — Баку: Азернешр, 1988. — Т. 1. — 376 с.
İstinadlar
Kateqoriya:Azərbaycan dilində romanlar Kateqoriya:Nəriman Nərimanovun əsərləri Kateqoriya:1896-cı ilin romanları