Prometeizm () — 1918-ci ildən 1935-ci ilə qədər mövcud olmuş İkinci Polşa Respublikasının əsas dövlət xadimi Yuzef Pilsudski tərəfindən başladılmış siyasi layihə. Layihənin əsas məqsədi Rusiya imperiyası və onun varis dövlətlərini zəiflətmək idi. Bu dövlətlər siyahısına Sovet İttifaqı da daxil idi. Layihə Rusiya və Sovet İttifaqı sərhədləri daxilində yaşayan əsas qeyri-rus xalqların millətçilik hərəkatlarını dəstəkləməyi ehtiva edirdi.
Dünya müharibələri arasında Prometeizm və Pilsudskinin Üçdənizlilik məfkurəsi kimi digər konsepsiyaları onun və bəzi siyasi varisləri üçün bir-birini tamamlayan iki geosiyasi strategiya təşkil edirdi. İddia edilir ki, Pilsudski təkcə Polşa milli dövlətini deyil, Şərqi Avropanın böyük gücü kimi Rusiyanı əvəz edəcək Polşanın himayəsi altında daha böyük xalqlar federasiyası qurmağa ümid edirdi. Buraya Litva, Belarusiya və Ukrayna da daxil olmalı idi. Onun planı parçalanmış və əhəmiyyətli dərəcədə gücsüzləşdirilmi Rusiya yaradılmasını nəzərdə tuturdu və mütləq hərbi qələbəyə qədər danışıqları rədd edirdi.
"Prometey" hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları.
Prometeizmin qaynaqları thumb|left|upright|Qustav Moreau tərəfindən çəkilmiş və Prometeyin Qafqaz dağlarında işğəncə edilməsini göstərən rəsm əsəri. Pilsudskinin prometeizmi inkişaf etdirməsinə Rusiya imperiyasının hökuməti tərəfindən Şərqi Sibirə sürgün edilərkən əldə etdiyi yaxın biliklər kömək etdi. Layihənin adı yunan mifi olan Prometeydən alınmışdır. O, Zevsə itaətsizlik eədərk odu insanlığa bəxş etmişdi və bununla da, despotik hakimiyyətə qarşı müqavimətin, aydınlanmanın simvolu hesab edilirdi.
Polşanın bu layihəsinin qısa tarixi 12 fevral 1940-cı ildə polyak hərbi kəşfiyyat zabiti Edmund Xaraşkeviç tərəfindən yazılmışdır. Edmundun xidməti məsuliyyətləri sırasına 1927-ci ildən Avropada müharibənin meydana çıxdığı 1939-cu ilin sentyabr ayına qədər prometeizmin kordinasiyası da daxil idi. O, bu əsəri Polşanın Nasist Almaniyası və Sovet İttifaqı tərəfindən işğalından qaçıb Fransaya sığındıqdan sonra yazmışdır. Edmund bunları yazmışdı:
Prometey konsepsiyasının yaradıcı və qəlbi Marşal Pilsudski idi. O, [Pilsudski] hələ 1904-cü ildə Yaponiya hökumətinə yazdığı memorandumda Rusiyaya qarşı mübarizədə Baltik, Qara və Xəzər dənizlərinin hövzələrində məskunlaşan çoxsaylı qeyri-rus xalqlarının işə salınmasının zəruriliyini qeyd etmiş və vurğulamışdır ki, Polşa xalqı öz tarixinə, azadlıq sevgisinə və [18-ci əsrin sonunda Polşanın siyasi varlığını yox edib parçalayan üç imperiyaya] qarşı barışmaz mövqeyinə görə, şübhəsiz ki, bu mübarizədə aparıcı yer tutacaq və Rusiya tərəfindən əzilən digər xalqların azad edilməsinə kömək edəcəkdi. thumb|upright|Prometey strategiyasınnı qurucusu olan Yuzef Pilsudski.
Piłsudskinin 1904-cü il memorandumundan əsas çıxarış belə idi:
Polşanın Rusiya dövlətinin tərkib hissələri arasında gücü və əhəmiyyəti bizi öz qarşımıza Rusiya dövlətini onun əsas tərkib hissələrinə parçalamaq və zorla bu imperiyaya daxil edilmiş ölkələri azad etmək kimi siyasi məqsəd qoymağa cəsarətləndirir. Biz bunu təkcə ölkəmizin müstəqil yaşamaq üçün mədəni cəhdlərinin yerinə yetirilməsi kimi deyil, həm də onun mövcudluğunun təminatı kimi qiymətləndiririk, çünki fəthlərindən əl çəkmiş Rusiya kifayət qədər zəifləyəcək ki, o, nəhəng və təhlükəli qonşu olmaqdan əl çəkəcək.
Edmundun bildirdiyinə görə, Prometey hərəkatı öz köklərini hələ XIX əsrin sonlarında Rusiya imperiyasının bir çox millətlərinin ona qarşı başlanan mübarizəsindən, bu xalqların milli renesansdan almışdır. Bu renesans Rusiyanı inqilaba sürükləyən sosial prosesdən qaynaqlanırdı. İmperiyanın qeyri-rus bölgələrində yaradılmış demək olar ki, bütün sosialist partiyalar milli xarakter iddiasına sahib idi və müstəqilliyi öz gündəliklərinin ilk yerində yerləşdirmişdilər. Bu Polşada, Ukraynada, Finlandiyada, Latviyada, Litvada, Gürcüstanda və Azərbaycanda da belə idi. Bu sosialist partiyalar müvafiq olaraq öz millətlərinin müstəqilliyi üçün çalışırdılar. Bütün bu ölkələr müstəqilliyi müdafiə edən sırf milli xarakterli təşkilatlara malik olduqları halda, sosialist partiyaları məhz müstəqillik səylərinin həyata keçirilməsini Rusiyadakı ictimai hərəkatla əlaqələndirdiklərinə görə daha böyük dinamizm nümayiş etdirdilər. Nəticədə, Baltik hövzəsində yaşayan millətlər — polşalılar, finlandiyalılar, estonlar, latviyalılar və litvalılar — qələbə qazandılar və II Dünya Müharibəsinə qədər öz müstəqilliklərini qoruyub saxlaya bildilər. Qara və Xəzər dənizləri hövzəsindəki millətlər — ukraynalılar, Don kazakları, kubanlılar, krımlılar, gürcülər, azərbaycanlılar, ermənilər və şimali qafqazlılar — 1918–1921-ci illər ərzində özlərini müstəqil etməyi bacardılar, lakin Rusiya Vətəndaş Müharibəsinin gedişatı ərzində bu müstəqilliklərini qoruya bilmədilər.
Edmund Xaraşkeviçin yazdığına görə, 1917–1921-ci illərdə Baltik, Qara və Xəzər dənizi hövzəsindəki millətlər özlərini Rusiya hamiliyindən xilas edərkən Polşa yeganə dövlət olmuşdu ki, bu millətlər ilə aktiv şəkildə çalışmışdı. Onun sözlərinə görə, Polşa bu istəklərini həyata keçirərkən qərb koalisiyasının müqaviməti ilə qarşılaşmışdır, çünki onlar antikommunist Ağ rusları onların keçmiş Rusiyanı yenidən inşa etmə cəhdlərində himayə etmişdirlər. Edmund yazırdı ki, bununla eyni zamanda Almaniya öz işğal qüvvələri ilə Litva və Latviyada mövqelərini gücləndirmiş, Ukraynaın rəhbəri general Pavlo Skoropadskini gələcək qeyri-bolşevik Rusiya ilə mümkün federasiya məsələsində manipulyasiyaya məruz qoymuş, Almaniyanın qafqaz hegomoniyasını qurmağa çalışmışdır, halbuki bu son istək onun müttəfiqi Türkiyənin siyasi maraqlarına zidd idi. Almaniyanın əsl niyyəti nəhayət 1918-ci ildə bolşeviklərlə bağlanmış Brest-Litovsk müqaviləsində özünü büruzə verdi.
"Prometey" klubunun sədri professor Stotski isə Pilsudskini belə dəyərləndirirdi:
Çar quldarlığının ən ağır vaxtında, o zaman ki, artıq Ukrayna, Polşa, gürcü və tatar zadəganlığı öz şərəfini unudaraq çar general-adyutantlığına daxil olurdu, o zaman ki, Rusiyanın dövlət gücü bütün xalqları udmağa hazır idi. Onda Yuzef Pilsudski güzəştsiz mübarizə şüarı ilə azad Polşa ideyasını Rusiyaya qarşı qoydu. O azad Polşa ideyası Finlandiyadan Estoniyadan Latviya və Litvadan, Ukraynadan Qafqaza qədər bütün əzilən xalqların milli ideyaları ilə əlaqələndirirdi. O, Polşanı bütün şərqi Avropadakı milli inqilabların yuxarısına qoyurdu.
1921-ci ildə Qara və Xəzər dənizləri hövzələrindəki millətlərin öz müstəqilliklərini itirməsindən dərhal sonra onlara, onların Prometey (azadlıqpərəst) siyasi mühacirlərinə maddi və mənəvi dəstək verən yeganə ölkənin Polşa olmuşdu. Edmund əlavə edirdi ki, yalnız 1933-cü ilin 30 yanvarında Hitlerin hakimiyyətə gəlməsindən sonra Almaniyanın prometeist ideyalara güclü maraq göstərmışdır. Buna bənzər tərzdə italyanlar və yaponlar da müəyyən maraq göstərmişdilər. Buna baxmayaraq, burada alman təbliğatı və Polşa ilə rəqabətə baxmayaraq, Almaniyanın yanaşması prometizmin əsas ideoloji prinsiplərindən uzaq idi; alman yanaşması mahiyyət etibarilə, Edmundun sözləri ilə desək, "istənilən istiqamətdə hazırkı Alman siyasi məqsədləri üçün istismara yararlı olan elastik, fürsətçi platforma" təşkil edirdi. O vurğulayır ki, bu sahədə Polşa ilə Almaniya arasında heç vaxt təşkilati və ideoloji əlaqələr olmayıb. Polşa ilə müttəfiq olan Prometey mühacirlərinin qanuni milli nümayəndələri Polşaya ciddi siyasi loyallıq nümayiş etdirmişdirlər.
Prinsiplər Edmunda görə, 1918–1939-cu illər ərzində polyak Prometey rəhbərliyi ardıcıl olaraq bir neçə prinsipə əməl etmişdir. "Promethean" ideyasının məqsədi Baltik, Qara və Xəzər dənizi hövzələrində yaşayan xalqları hansı siyasi zolaqdan olursa olsun, imperialist Rusiyasından azad etmək və Rusiya təcavüzünə qarşı ümumi müdafiə cəbhəsi kimi bir sıra müstəqil dövlətlər yaratmaq idi. Hər bir Prometey siyasi birlik digərlərinin siyasi suverenliyinə hörmətlə yanaşırdı. Promethean partiyaları arasında hər hansı mübahisələr bir neçə partiyanın Rusiyadan azad edilməsinə qədər dayandırılmışdı. Polşalı və ukraynalı prometeylərin qarşılıqlı razılığı ilə (bəzən ürəkdən petluristlər tərəfindən daha az səmimi şəkildə), Polşanın cənub-şərqindəki əsasən ukraynalıların məskunlaşdığı ərazilərə Polşanın daxili maraq dairəsi kimi baxılırdı və Ukrayna Promethean təşkilatının fəaliyyətindən kənarda qalırdı.
Edmundun yazdığına görə, polyak prometeist rəhbərliyi rus imperializminə qarşı mübarizədə digər millətlərin prometeist birliklərini bərabər tərəfdaşlar kimi dəyərləndirirdilər. Bəzən düşünülənlərin əksinə olaraq, Edmunda görə, Polşa Baş Qərargahı müxtəlif Promethean mühacir icmalarına sadəcə olaraq təxribat məqsədləri üçün istifadə ediləcək siyasi alətlər kimi yanaşmamışdır.
Prometeizm Polşanın nə sol, nə sağ, nə də mərkəz siyasi partiyaları arasında təşkilati və ya siyasi arxası yox idi. Pilsudskinin öz tərəfdaşları daxilində belə prometeizm müəyyn müxalifətlə qarşılanırdı. İronik olan odur ki, Pilsudskinin əsas rəqibləri olan Polşa Milli Demokratik Partiyası və digər müxalif gənclər təşkilarında prometeizm kortəbii şəkildə gündəmə gətirildi və müdafiəçiləri qazandı.
Polşanın "Prometey xalqları" ilə müharibələrarası əməkdaşlığının tarixi beş dövrə bölünür.
thumb|left|upright=0.4|Semyon Petlyura thumb|upright=0.4|Titus Filipoviç
Birinci dövr (1918–1921) thumb|left|upright=0.6|Valeri Slavek thumb|right|upright|Henrix Yozevski thumb|right|upright=0.6|Yuliuş Lukasieviç İlk mərhələdə Polşa öz sərhədlərini müharibələr və referendumlar yolu ilə müəyyənləşdirdi. Şərq sərhədləri Sovet Rusiyası və Ukrayna ilə baş vermiş müharibələr, Almaniya ilə sərhəd Poznan və Sileziya üsyanları, Varmiya və Mazuridəki referendumla, cənub sərhədi refendum əməliyyatları, Çeşin Sileziyası, Spiş və Orava üstündə Çexoslovakiya ilə qısa müharibə vasitəsilə tənzimləndi.
Baltik hövzəsində Finlandiya, Estoniya, Litva və Latviya müstəqil dövlət olaraq ortaya çıxdılar. Polşa-Litva münasibətləri Polşa-Litva müharibəsindən sonra gərginləşsə də, Polşa onları tanıyan ilk ölkələr sırasında idi.
Qara və Xəzər dənizləri hövzələrində bu mərhələdə Ukrayna, Krım, Gürcüstan, Azərbaycan, Don, Kuban və Şimali Qafqaz müstəqillik qazandı. Milli şüurun inkişafı və renesansının işarələri idil-Ural və Türküstan bölgələrində də ortaya çıxmağa başladı. Hər bir halda, bu işarələr Milli Məclislərin toplanması ilə məhdudlaşdırılmışdı.
Prometey hərəkatının bu mərhələsində Polşa bunları etmişdi: Polşa Polşa-Ukrayna müharibəsini bitirmiş və Simon Petluranın Ukrayna Xalq Respublikası ilə 1920-ci ilin aprelindı imzalanmış Varşava razılığı ilə hərbi ittifaq formalaşdırılmış, 25 aprel 1920-ci ildə Pilsudskinin Kiyev yürüşü başlamış, Boqdon Kutylovski 1919-cu ilin fevralında polyak nümayəndəsi kimi Ukrayna Xalq Respublikasına göndərilmiş, Qafqaza polyak səfirləri akkrediyasiya edilmiş, 17 may 1920-ci ildə Millətlər Cəmiyyətində Krım Respublikasının Polşa himayəsi altına verilməsi və cəmiyyətə üzv edilməsi təklif edilmişdir.
Marşal Pilsudskinin bu mərhələdə dərhal əməkdaşlığa başladığı şəxslərin sırasına Vitold Yodko, Titus Filipoviç, general Yulian Staçieviç, polkovnik Valeri Slavek, polkovnik Tadeuş Şetzel, mayor Çarnetski, Avqust Zaleski, Leon Vasilevski, Henrik Yozevski, Yuliuş Lukasieviç, Tadeuş Holovko, Marian Şumlakovski, Yan Dabski, Miroslav Artsişevski, mayor Vatslav Yedrjeyeviç və Roman Knoll daxil idilər.
İkinc mərhələ (1921–1923)