thumb|Çayın hövzəsi Müqəddəs Lavrenti çayı (, ) — Şimali Amerika materikinin böyük su arteriyasını təşkil edən çay. ABŞ və Kanada arasında təbii sərhəd rolunu oynayır. Böyük gölləri Atlantik okean ilə birləşdirir. Mənsəbdə çayın eni 130 km-dir. Çayın uzunluğu 1197 km, hövzəsinin sahəsi 1 344 200 km² təşkil edir

Tarixi-mədəni əhəmiyyəti Çaya bu adı Jak Karte vermişdir. Bununla yanaşı çayın töküldüyü körfəzdə bu adla adlandırılmışdır. Sauel de Şamlenin çsyın yatağı ilə üzü yuxarı üzməsinfən sonra fransızlar tərəfindən məskunlaşdırılmışdlr. Bura Yeni Fransanın tərkib hissəsinə daxil edilmişdir. Yeddiillik müharibədən sonra ərazini britaniyalılar ələ keçirmişdir. Bununla belə region hələ də Şimali Amerikanın fransız dili məfəniyyətinin mərkəzi rolunu oynayır. İlk əvvələr tizarət gəliləri üzən çayda harlrda iri tankerlər bel üzür. Xüsusiyyətləri Çay dünyanın böyük fiordlarından biri olan Saqeney fiordunu əmələ gətirir. Şimaldan ona Saqeneyə çayı tökülür. O hətta böyük estuari əmələ gətirir.

Çayın körfəzlə birləşdiyi yerdə iki axını müşahidə etmək olur: 400 metr dərinlikdə soyuq və duzlu dəniz suyu, səthində isə nisbətən usti və şirin su.

Monreal önü ərazilərdə çay 160 km məsagədə astsnalı ərazilərdən axır. Sonradan isə 60 km məsadə isə sakitləşir və kal axır.

Canlılar aləmi Çayda Ağ balina, Finval və Göy balinalara rast gəlmək olur. Ümumilikdə götürdükdə çayda 20 növ suda)quruda yamayan və sürünən, 12 növ məməli və yüzlərlə növ balıq yaşayır. Sahil bataqlıqlarında usə 300 növ quş yuva qurur.

Təsərrüfat əhəmiyyəti thumb|200px|Müqəddəs Lavrentiyaa üzərinfə yerləşən körpü Hövzəsi Kanadanın ən sıx məskunlaşılmış ərazisidir. Burada ümumulikdə 20 mln insan yaşayır. Siyənək balıqçılığı, maldarlıq taxılçılıq inkişaf etmişdir.

Gəmiçilik Hələ 1680-cı ildə koloniyaçılar çayın yatağının dərinləşdirilməsi üzərində düşünmüşlər. Səbəb isə okean gəmilərinin burada rahat üzməsi olmuşdur. 1959-cu ildə uzunluğu 283 km olan Müqəddəs Lavrenti dəniz yolu açılmışdır.  Bu dəniz yolu dünysnın ən mühüm tikililərindən biri sayılır. Monrealla Ontario gölü arasında 7 jalyuz inşa edilmişdir. Tikinti zamanı 150 mlm m³ torpaq və min tonlarla beton işləri görülmüşdür. center|700px|thumb|Müqəddəs Lavrenti çayı.

Böyük qəzalar thumb|left|Minlərlə adalar rayonu ərazisində gəmiçilik. Özünün növbəti reyslərindən birini icra edən sərnişin gəmisi «Empress of Ireland» 29 may 1914-cü ildə norveç kömürdaşıyan gəmisi ilə toqquşmuşdur. Nəticədə gəmi 14 dəqiqə ərzində suyun dibinə batmışdır (40 m). Onun göyərtəsində 1477 nəfər (420 ekipaj üzvü və 1057 sərnişin) olmuşdur. Ekipaj və sərnişinlərdən yalnız 463 nəfəri sağ qalmışdır. Bu qəza həcminə görə az qala «Titanik» и «Luzitaniya» kimi qəzalara bərabər tutulur.

İstinadlar

Mənbə Regional Geography of the St. Lawrence River Information about Juniper Island (Ontario)

Kateqoriya:Sərhəd çayları Kateqoriya:Kanada çayları Kateqoriya:ABŞ çayları Kateqoriya:Nyu-York ştatının regionları Kateqoriya:Müqəddəs Lavrenti Kateqoriya:Nyu-York ştatının çayları Kateqoriya:Şimali Amerikanın beynəlxalq çayları Kateqoriya:Böyük göllər