Bob Sinkler (doğum adı Kristof Le Friа́n ; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı.

Musiqi karyerası Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəlxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi. 2006-cı ildə Bob Sinkler The Music Factory mükafatının Best Dance International (Ən yaxşı xarici rəqs) nominasıyasında Belçika təmsilçisi kimi qalib gəlmişdir.

Diskoqrafiyası

Sinqılları Adı Buraxıldığı il Leybl Əlavə məlumat Kiss My Agony 2009 Netswork Records Daddy's Groove ilə birgə Lala Funk 2010 Yellow Productions MC Leozinho ilə birgə Far l'Amour 2011 Defected Records Raffaella Camera ilə birgə F*** With You 2012 Yellow Productions Sophie Ellis Bextor və Gilbere Forte ilə birgə The Beat Goes On 2012 Yellow Productions Groupie 2012 Yellow Productions Summer Moonlight 2013 Yellow Productions Cinderella (She Said Her Name) 2013 Yellow Productions Heart of Glass 2014 Ultra Gisele ilə birgə Everybody 2014 Yellow Productions Dj Roland Clark ilə birgə Back Again 2014 Toolroom Touché 2016 Yellow Productions Move Right 2016 SPRS Robbie Rivera ilə birgə Someone Who Needs Me 2016 Spinnin' Deep Burning 2016 Spinnin' Records Daddy's Groove ilə birgə Stand Up 2016 Spinnin' Premium

Albomları Adı Buraxıldığı il Leybl Paradise 1998 Champs Elysées 2000 III 2003 Western Dream 2006 Soundz of Freedom 2007 Born in 69 2009 Made In Jamaïca 2010 Disco Crash 2012 Paris by Night 2013

İstinadlar

Kateqoriya:Diceylər