V. S. Bılkov adına Rostov Dövlət Kukla Teatrı — Rostov-na-Donu şəhərində yerləşən teatr. Teatr 1935-ci ildə təşkil edilmişdir.

Teatrın tarixi Rostov Dövlət Kukla Teatrı ölkə ərazisində mövcud olan ən qədim kukla teatrlarından biridir. Bu teatr trupbası hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərir. Üstəlik kukla teatrının ilk aktyorları arasında: М. Kuşnarenko, N. Smirnova, А. Dora və s olmuşdur. Onların peşəkar fəaliyyəti sayəsində Azov-Qaradəniz komsomolları tərəfindən teatrın yaradılması haqqında qərar qəbul edilir. Teatr seyriciləri üçün 1935-ci ildə öz qapılarını açır. Onun göstəriləri ilə Don diyarının necə nəsli böyümüşdür. Artıq böyüyən nəsil öz övladlarını bu teatra gətir.

Müəyyən zamanlarda teatrı idarə edən direktorlar: Boris Saxnoviç — Konstantin Sergeyeviç Stanislavskinin tələbəsi, Leonid Stelmaxoviç — Vsevolod Emileviç Meyerxoldun tələbəsi. 35 ildən artıq rəssamlıq şöbəsinə S. V. Obrazsovun tələbəsi Vladimir Sergeyeviç Bılkov rəhbərlik etmişdir. Teatrın açılışında iştirak etmiş məşhur aktyorlar: "Rusiya əməkdar artisi" S. İsayeva, М. Kuşnarenko, S. Ulıbaşev, L. Cubkov, Q. Pidko, А. Derkaç və bir çoxları.

Teatrın mövcudluğu dövründə ümumilikdə 3 min tamaşa səhnələnmişdirГопало О. Ростовский театр кукол хотят выселить из здания на Университетском // Комсомольская правда. — 2014. — 24 марта..

Teatrın köçürülmə tarixi Teatrın hazırkı yerəşdiyi bina 1960-cı ildə vaxtı ilə dağıdılmış yunan kilsəsinin yerində inşa edilmişdir. Teatrın tikintisi zamanı kilsənin təməlləri üzərində qurulmuşdur. Hətta onun materillarından belə istifadə edilmişdir.

Kukla teatrının köçülməsi fikri hələ 2000-ci illərdə irəli sürülmüşdür. Səbəb isə onun kilsənin təməli üzərində olması ilə əlaqədardır. Hökumət kilsə üçün şəhər kitabxanasına yaxın ərazidə yer ayırsa da, din xadimləri binanın onlara qaytarılmasını istədiklərini bildirmişdir. 2016-cı ildə vilayət qubernatoru S. Bondarev bildirmişdir ki, kilsə Rostov eparxiyasına qaytarılmalıdır. Üstəlik teatr 30 oktyabr 2019-cu ildən gec olmayaraq Krasnoarmeysk küçədində yerləşən binaya köçməlidirРостовский кожвендиспансер передают еврейской общине .

Həmçinin bax Rostov kinoxronika studiya binası

İstinadlar

Kateqoriya:Rostov-na-Donu teatrları Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:Rostov-na-Donu tikililəri