Yat-Kha''' – Tuva musiqi qrupu, Tuva vokalist və gitaristi olan Albert Kuvezin qrupun əvəzolunmaz iştrakçısı və lideridir. Qrupun musiqisi Tuva milli musiqi, rok-musiqi (əvvəlki illərində elektronik musiqi) və Kuvezinin qırtlaq musiqisindən təşkil olunmuşdur.

Tarix Yat-Kha 1992-ci ildə Moskvada Kuvezin və rus elektronik bəstəkar İvan Sokolovski tərəfindən yaradılmışdır. Qrup yaradılarkən Tuva xalq musiqisi, müasir ritmlər və elektronik musiqi birləşdirilmişdir. Kuvezin və Sokolovski bir çox festivallarda iştrak edəndən sonra Yat-Kha adını aldılar. 1992-ci ildə General Records firması ilə Yat-Kha adı altında albom çıxartdılar.

Yat-Kha albomunun çıxışından sonra Kuvezin və Sokolovski ayrıldılar və Kuvezin başqa sənətkarlarla Yat-Kha adı altında yeni beş albom çıxartdı. 1995-ci ildə morin khuur çalan Aleksey Saaya ilə Yenisey Punk albomunu çıxartmışdılar. Əvvəlki Yat-Kha albomunu bəzi mahnılar əlavə edib 1996/1997-ci illərdə Tundra’s Ghosts adı altında çıxartmışdır.

Diskoqrafiya Albomlar: Khanparty (1992, kaset albomu) Yat-Kha – Antropophagy (1993) Yenisei Punk (1995) Dalai Beldiri (1999) Aldyn Dashka (2000) Bootleg (2001, konsert albomu) In Europe Live 2001 (2002) Tuva.rock (2003) Recovers (2005) Live at Meltdown festival in London 2005 (2010) Poets and Lighthouses (2010) The ways of Nomad (The Best Of...) (2010) Live at The Stray Dog (2011) We Will Never Die (2021)

İştrakçılar

İndiki iştrakçılar Albert Kuvezin (vokal, qırtlaq musiqiçi, gitara, milli alətlər) Yevgeni Tkaçov (zərb alətləri) Teodore Scipio (bas gitara)

Əvvəlki iştrakçılar İvan Sokolovski (sintezator, elektronika) Lu Edmonds (bas) Radik Tülüş (vokal, qırtlaq musiqiçi, milli alətlər) Saylık Ommun (vokal) Maxmud Skripalşikov (bas gitara) Aldın-ool Sevek (vokal, qırtlaq musiqiçi) Aleksey Saaya (vokal, bas gitara) Aias-ool Danzırın (vokal)

Mükafatlar 1991 – Brian Eno tərəfindən Voices of Asia festivalında (Almatı, Qazaxıstan) 1995 – Fransız “Decouvertes Est” mükafatı, Yenisey albomuna görə 1999 – Alman Tənqidçi mükafatı, Dalai Beldiri albomuna görə 2002 – BBC Radio 3 “Award for World Music”

Xarici keçidlər Reality Film: Storm over Asia İvan Sokolovski Rəsmi sayt

İstinadlar

Kateqoriya:Tuvalu Kateqoriya:Rusiya rok-qrupları Kateqoriya:1991-ci ildə yaranan musiqi qrupları Kateqoriya:1991-ci ildə Rusiyada yarananlar