Əhmədov Sabir Ağaqardaş oğlu () — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur."Mən ölmədim, mən diriyəm". Bakı, "Müəllim" nəşriyyatı, 2007

Həyatı Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır.

Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Xatirəsinin əbədiləşdirilməsi Doğulduğu Əngəxaran kəndindəki tam orta məktəbə onun adı verilmiş və məktəbin həyətində büstü ucaldılmışdır.

İstinadlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Şamaxı rayonunda doğulanlar