Voljsk-Kama bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 55 ünvanında yerləşən bina. Bina Aleksadr Nikolayeviç Beketovun layihəsi əsaaında 1906–15-ci illər ərzində inşa edilmişdir. Binada sovet dönəmində pionerlər evi yerləşirdi. Bina modern stilində inşa edilmişdir. Voljsk-Kama bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.

Tarixi 210px|left Voljsk-Kama bankı XIX əsrin sonları Rusiya ərazisinə ən güclü banklarından idi. Bank 1892-ci ildə Rostovda özünə filial açır. İlk əvvəllər bank özünə bina kirayələyir. 1897-ci ilə qədər bankın filialı Yaşenkonun gəlirli binasında yerləşirdi. Sonradan Qenç-Olquev binasına köçürülür. Bank özünə bina inşa etmək məqsədi ilə xarkovlu mühəndis Aleksadr Nikolayeviç Beketovu dəvət edilir. Birinci mərtəbədə ticarət obyekləri yerləşirdi. Digər ərazilər isə bankın istifadəsində idi. Sankt-Peterburqda buraxılan Zodçi jurnalı 1910-cu ildəki tirajlarından birində ofis xidmətləri üçün nəzərdə tutulan modern stilində inşa edilən ən yaxşı bina olaraq adlandırmışdı.

Sovet hakimiyyəti digər binalar kimi, bu binada milliləşdirilmişdir. 1925-ci il məlumatına görə burada Dövlət bankının Şimali-Qafqaz kontoru yerləşirdi. 23 may 1936-cı ildə binada təntənəli şəkildə Pionerlər Sarayı yerləşirdi.

İkinci dünya müharibəsi zamanı bina demək olar ki, zərər görməmişdir. Ancaq dam azca zərər görmüşdür. 1947-ci ildə Leonid Fyodoroviç Eberq binanın yenidən təmiri ilə məmğul olmuşdur.

1999-cu ildə binanın fasadı təmir edilmişdir. Binanın üzərində Voljsk-Kama bankı yazılan emblem hələ də qalır.

Arxitektura thumb|210 px Bina dörd mərtəbədən ibarətdir. Əsas fasadı Bolşaya Sadovnaya küçəsinə baxır. Modern stilində inşa edilmişdir.

Həmçinin bax Dövlət bankının binası (Rostov-na-Donu) Gənç Oğluev binası

Mənbə Проект и строительство конторы Госбанка

İstinadlar

Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri