Məktəb № 49 - Rostov-na-Donu şəhərinin ərazisində, Qazetnaya xiyabanı, ev 82/108 ünvanında yerləşən təhsil ocağı. Bina 1910-cu ildə V. V. Popovun layihəsi əsasında inşa edilmişdir. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Tarix А. А. Filipovun qızlar gimnaziyası XX əsrin əvvəllərində təşkil olunmuşdur. 1910-cu ildə gimnaziya Qazetnaya xiyabanında inşa edilən yeni binaya köçmüşdür. Sovet hökuməti qurulduqdan sonra bina 11 № məktəb elan edilmişdir. 1930-cu illərdə idə məktəb № 49 adlandırılmışdır.
Arxitektura Üç mərtəbədən ibarət olan bina П-vari formaya malikdir. Fasadı simmetrikdir və Maksim Qorki küçəsi və Qazetnaya xiyabanına baxır. Binanın tikintisində yüksək keyfiyyətli kərpiçdən istifadə etmişlər. Bina modern stilində inşa edilmişdir.
Memorial lövhə 2002-ci ildə binanın fasadında memorial lövhə quraşdırılmışdır. Bu lövhədə yazılır: «Bu binada 1946-cı ildə görkəmli alim-aftalmoloq və dövlət xadimi Svyatoslav Nikolayeviç Fedorov təhsilini bitirmişdir.». Memorial lövhə Fyodorovun ailə üzvlərinin vəsaiti hesabına qoyulmuşdur.
4 oktyabr 2012-ci ildə binada digər bir lövhə asılmışdır. Burada deyilir: «Bu məktəbdə 1946-1952 illər ərzində görkəmli riyasiyyat üzrə alim (hansı ki şərəfinə kiçik bir planetin adı verilmişdir) Viktor İosifaviç Yodoviç təhsil almışdır.».
Həmçinin bax Lisey № 13 (Rostov-na-Donu)
İstinadlar
Kateqoriya:Rostov-na-Donuda təhsil Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:Rostov-na-Donu məktəbləri