Əmir Məmməd oğlu Rüstəmov () — general-mayor.

Həyatı Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir. Almaniyada Sovet qoşunları qrupunun tərkibində ordu mühəndis qoşunlarının rəisi (1952–56), Sibir Hərbi Dairənin mühəndis qoşunlarının rəisi (1956–66), V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasında kafedra rəisi (1966–69) işləmişdir. 1969-cu ildə ehtiyata buraxılmışdır.

Mükafatları Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.

Mənbə Ənvər Çingizoğlu, Rüstəmovlar, "Soy" elmi-kütləvi dərgi, 2009, № 12, səh.51–54

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ general-mayorları